Yuxarı

Azərbaycan çempionatının oyunundan sonra "Mançester Yunayted"in futbolçusu döyülüb

Azərbaycan çempionatının oyunundan sonra "Mançester Yunayted"in futbolçusu döyülüb
Onu İnterin oyunçusunun valideyni döyüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ 14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “İnter” – “Mançester Yunayted” matçından sonra kütləvi dava baş verib.

"Report"un məlumatına görə, yerli komandanın futbolçuları rəqib oyunçuların olduğu avtobusa hücum ediblər. İnsident zamanı “Mançester Yunayted”in futbolçusu Raul Məmmədova “İnter”in oyunçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynov zərbə endirib.

İntizam Komitəsi tərəfləri və oyun iştirakçılarını dinlədikdən sonra qərara alıb ki, Tural Əmirhüseynovun valideyini Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyulsun və hər iki klub təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparsın.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi