Yuxarı

Azərbaycan çempionatı: “Qarabağ” “Neftçi”ni məğlub edib

“Qəbələ” ardıcıl səkkizinci qələbəsini qazanıb

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan çempionatının 31-ci turunun oyunları keçirilib.

“Report” xəbər verir ki, turun mərkəzi görüşündə “Qarabağ” ilə “Neftçi” üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma ağdamlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər maraqlı qarşılaşması Lənkəran şəhər stadionunda yerli “Xəzər Lənkəran” ilə “Qəbələ” klubları arasında baş tutub. Yeddi oyundur məğlub olmayan Roman Qriqorçukun komandası bu dəfə də qələbə qazanaraq xallarını üçüncü yerdə qərarlaşan “Neftçi” ilə eyniləşdirib.

Azərbaycan çempionatı. 31-ci tur

“Xəzər Lənkəran” – “Qəbələ” - 0-1

Qol: Cavid Hüseynov, 48 (1:0)

“Qarabağ” – “Neftçi” - 3-2

Qollar: Muarem Muarem, 15 (1-0), Cavid Tağıyev, 29 (2-0), Araz Abdullayev, 32 (2-1), Nicolas Canales, 59 (2-2), Leroy George, 69 (3-2).

“Sumqayıt”- “Simurq” - 1-0

Qol: Pərdis Fərcad-Azad, 49 (1-0)

“İnter” – AZAL - 2-0

Qollar: Arif Daşdəmirov,59 (1:0), 75 (2:0) 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi