Yuxarı

​Azərbaycan çempionatı: "Neftçi" xal itirib, "Qəbələ" evdə məğlub olub

Flaqman birincilik uğrunda mübarizədə mühüm xallar itirib

Bakı. 7 fevral. REPORT.AZ/ Ötən gün Topaz Premyer Liqasında XX tura start verilib.

"Report" xəbər verir ki, Bakının "Neftçi" klubu doğma meydanda "Simurq"u qəbul edib.

Matç qolsuz bərabərliklə başa çatıb və "bakılılar" ard-arda növbəti dəfə xal itirmiş olublar.

Turun digər görüşü Qəbələdə baş tutub. Qış fasiləsində yeni futbolçularla güclənən "Qəbələ" AZAL kollektivi ilə qarşılaşıb. Ötən tur "Neftçi"ni məğlub edən "təyyarəçi"lər, bu dəfə də meydanı qələbə ilə tərk ediblər - 0:1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi