Azarkeşlər ​"Fənərbağça" klubunun avtobusuna hücum edib

Azarkeşlər ​"Fənərbağça" klubunun avtobusuna hücum edib Polisin müdaxiləsindən sonra ara sakitləşib
Futbol
26 May , 2015 08:52
Azarkeşlər ​Fənərbağça klubunun avtobusuna hücum edib

Bakı. 26 may. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçularını daşıyan avtobus növbəti dəfə hücuma məruz qalıb. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, Super Liqanın XXXIII turunda keçirilmiş "Başakşehir"lə (2:2) qarşılaşmadan sonra azarkeşlər avtobusa hücum edib.

Samandırada Can Bartu bazasının yaxınlığında təxminən 200 "sarı-lacivərdli" azarkeş avtobusu daş və yumurta atəşinə tutublar. Bununla sakitləşməyən tərəfdarlar komanda avtobusuna fakel də atıblar.

Hadisə yerinə gələn polisin müdaxiləsindən sonra ara sakitləşib.

Qeyd edək ki, bir müddət əvvəl "Fənərbağça"nın futbolçularını aparan avtobus silahlı hücuma məruz qalmışdı. Hücum zamanı avtobusun sürücüsü xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi