AZAL “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb

AZAL “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb Vaqif Cavadov Azərbaycan çempionatlarında 200-cü matçını keçirib
Futbol
1 Mart , 2017 19:55
AZAL  “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turunun AZAL – “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istiandən verdiyi məlumata görə, 0:1 hesabı ilə uduzan meydan sahibləri ardıcıl 6-cı çempionat oyununda məğlub olub. Bu, cari mövsüm üçün Premyer Liqanın antirekordudur. Bunadək AZAL da “Neftçi” və “Kəpəz” kimi 5 məğlubiyyəti sıralamışdı. 2016-cı ilin “Neftçi”yə qarşı dekabrın 17-də baş tutan son oyunundan sonra Tərlan Əhmədovun yetirmələri xal qazana bilmir.

“AZAL Arena”dakı görüş meydan sahibləri üçün antirekordla başa çatıbsa, komandanın futbolçusu Vaqif Cavadov yubiley qeyd edib. Belə ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu müddətdə 46 qol vuran futbolçunun debütü 2006/07 mövsümünə təsadüf edib. 10 mövsümdə 6 komandada çıxış edən Cavadov “Qarabağ”da 110 (25 qol), “İnter”də 33 (14 qol), “Sumqayıt”da 29 (6 qol), “Bakı”da 23 (4 qol), “Qəbələ”də 3, AZAL-da 2 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi