Yuxarı
    Bağlamaq

    AZAL klubunun futbolçusu hərbi xidmətə çağırılıb

    Ruslan Nəsirli I Divizion komandasında çıxış edəcək

    Bakı. 28 dekabr. REPORT.AZ/ AZAL klubu daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

    O, bildirib ki, yarımmüdafiəçi Ruslan Nəsirli bundan sonra "təyyarəçilər"in düşərgəsində yer almayacaq: "Ruslanın həqiqi hərbi xidmət vaxtı çatıb və onunla yollar ayrılıb. O, MOİK-də çıxış etməlidir".

    F.Hüseynov Braziliyadan olan 2 futbolçu ilə danışıqlar aparıldığını da deyib: "Onlar qış təlim-məşq toplanışı zamanı komandanın düşərgəsinə qoşulacaqlar. Baş məşqçi Tərlan Əhmədovun etimadını qazanacaqları təqdirdə, "sambaçılar"la müqavilə imzalanacaq". 

    Qeyd edək ki, AZAL Ruslan Nəsirlidən əvvəl müdafiəçilər Brayn Fok, Adan Koronada, Qvanzav Maqomedov, yarımmüdafiəçi Taqim Novruzov, hücumçular David Canelidze və Mirzağa Hüseynpurla yollarını ayırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi