​AZAL "CBC Sport Kuboku"nu ikinci pillədə başa vurub

​AZAL "CBC Sport Kuboku"nu ikinci pillədə başa vurub AZAL "Neftçala"nı məğlub edib
Futbol
23 Yanvar , 2016 16:24
​AZAL CBC Sport Kubokunu ikinci pillədə başa vurub

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün "CBC Sport Kuboku"nda daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, bu dəfə Premyer Liqa və divizion komandaları üz-üzə gəlib.

"Bayıl Arena"da keçirilən qarşılaşmada AZAL "Neftçala"nı sınağa çəkib. Görüş "təyyarəçilər"in 3:1 hesablı qələbəsi ilə nəticələnib. AZAL-ın heyətində Aleksandr Quruli, Məhəmməd Bədəlbəyli və Murad Səttarlı fərqlənib. "Neftçala"nın yeganə qolunun müəllifi isə Aqşin Həşimov olub.

Bununla da AZAL 9 xalla turniri ikinci pillədə yekunlaşdırıb.

13:00. AZAL - "Neftçala"- 3:1

Qollar: Aleksandr Quruli, 10 (P). Məhəmməd Bədəlbəyli, 33. Murad Səttarlı, 72 (P) - Aqşin Həşimov, 87

Qırmızı vərəqə: Cəmil Rəhimli, 76 ("Neftçala")

Xal durumu: "Neftçi" - 10, AZAL - 9, "Neftçala" - 3, "Şərurspor" - 1, MOİK - 1.

Bombardirlər: Rəhman Musayev ("Şərurspor") - 4 qol, Araz Abdullayev ("Neftçi") - 2 qol.

Son xəbərlər

Orphus sistemi