Azad Rəhimov: "Avropa Liqasının finalını ən yüksək səviyyədə keçirdik"

Azad Rəhimov: "Avropa Liqasının finalını ən yüksək səviyyədə keçirdik" Azərbaycan böyük futbol ölkəsinə çevrilib. İki gün əvvəl biz Avropa Liqasının final matçını ən yüksək səviyyədə keçirdik.
Futbol
31 May , 2019 11:57
Azad Rəhimov: Avropa Liqasının finalını ən yüksək səviyyədə keçirdik
Report/ Firi Salim

"Azərbaycan böyük futbol ölkəsinə çevrilib. İki gün əvvəl biz Avropa Liqasının final matçını ən yüksək səviyyədə keçirdik".

"Report" xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Avropa Liqası barədə danışarkən deyib. 

Nazir final oyunun bütün qonaqlar və azarkeşlər üçün böyük bayrama çevrildiyini bildirib: "Ən yüksək təşkilati işlər görüldü. Bütün qonaqlar ölkələrinə tam razı qayıtdılar. İnanırıq ki, onlar tezliklə yenidən Bakıya dost, turist kimi gələcəklər" - deyə nazir əlavə edib. 

Qeyd edək ki, Avropa Liqasının finalında "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. 

Son xəbərlər

Orphus sistemi