Ayxan Abbasov: ""Qarabağ"a qarşı futbolçularımızın əzmkarlığı məni qane etdi"

Ayxan Abbasov: ""Qarabağ"a qarşı futbolçularımızın əzmkarlığı məni qane etdi" Futbolçuların əzmkarlığı qane etdi. İlk hissədə taktiki tapşırıqları yaxşı yerinə yetirirdilər. Təəssüf ki, fasilə ərəfəsində qol buraxdıq.
Futbol
27 Sentyabr , 2019 21:28
Ayxan Abbasov: Qarabağa qarşı futbolçularımızın əzmkarlığı məni qane etdi

"Futbolçuların əzmkarlığı qane etdi. İlk hissədə taktiki tapşırıqları yaxşı yerinə yetirirdilər. Təəssüf ki, fasilə ərəfəsində qol buraxdıq".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VI turunda səfərdə "Qarabağ" 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, gənc futbolçular "Qarabağ" kimi rəqiblə görüşdə yaxşı təcrübə toplayırlar: "Əlimizdə olan futbolçular bunlardır. Sona qədər vuruşacağıq. İlk hissədə qol buraxmasaq, ikinci yarıda fərqli də ola bilərdi. Bizim kimi komandaların 1-2 imkanı olur. Onu da yaxşı dəyərləndirmək lazımdır. Bizdə bu çatmır".

Son xəbərlər

Orphus sistemi