Yuxarı

Ayxan Abbasov: "Gedişim nəyisə dəyişsə, gedərəm"

Ayxan Abbasov: "Gedişim nəyisə dəyişsə, gedərəm"

Bakı. 14 mart. REPORT.AZ/ "Oyuna yaxşı köklənmişdik. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Sadə vəziyyətdə cavab topunu buraxdıq. Qarşıda fasilə var. Bundan maksimum yararlanmağa çalışacağıq".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XX turunda evdə "Səbail" ilə 1:1 hesablı heç-heçədən sonra deyib.

Gənc mütəxəssis qış fasiləsindən sonra qələbə qazanmadıqları üçün azarkeşlərin onu istefaya səsləmələrinə də münasibət bildirib: "Təbii ki, ürəkləri yanır. Ancaq bizim qədər onların ürəyi yana biməz. Əgər mənim gedişim nəyisə dəyişsə, gedərəm. Amma rəhbərliklə də söhbətimiz olub. Çalışacağıq vəziyyətdən çıxaq. Əvvəlki oyunarda da olub ki, qol epizodlarını qaçırsaq da, sonradan toparlana bilmişik. Müəyyən gərginlik var və 1 qələbəyə ehtiyac duyuruq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi