"Ayntraxt" - "Lids" matçından sonra 900 azarkeşin iştirakı ilə dava düşüb - VİDEO

"Ayntraxt" - "Lids" matçından sonra 900 azarkeşin iştirakı ilə dava düşüb - VİDEO Almaniya klubunun 200 fanatı 700 ingilisə qarşı döyüşüb
Futbol
22 İyul , 2015 11:14
Ayntraxt - Lids matçından sonra 900 azarkeşin iştirakı ilə dava düşüb - VİDEO

Bakı. 22 iyul. REPORT.AZ/ Avstriyada Almaniyanın "Ayntraxt" və İngiltərənin "Lids" komandaları arasında keçirilmiş yoldaşlıq görüşü azarkeşlərin davası ilə yekunlaşıb. "Report"un məlumatına görə, matçın ardından fanatlar kütləvi toqquşmada iştirak ediblər.

Davada "Ayntraxt"ın 200, "Lids"in 700 tərəfdarı vuruşub. Matç "Ayntraxt"ın qələbəsi ilə yekunlaşıb - 2:1. 

Qeyd edək ki, qalib komandanın heyətində Azərbaycan yığmasının qapıçısı Emil Balayev yer almayıb. 

Son xəbərlər

Orphus sistemi