"Ayaks"ın futbolçuları "Tottenhem"lə oyun zamanı iftar açıblar - VİDEO

"Ayaks"ın futbolçuları "Tottenhem"lə oyun zamanı iftar açıblar - VİDEO Hollandiya Ayaksının futbolçuları - Nussayr Mazraui və Hakim Ziyeş Çempionlar Liqasında İngiltənin Tottenhem komandası ilə yarımfinal mərhələsinin cavab görüşündə iftar açmaq üçün 22-ci dəqiqəni gözləyiblər.
Futbol
9 May , 2019 11:35
Ayaksın futbolçuları Tottenhemlə oyun zamanı iftar açıblar - VİDEO

Hollandiya "Ayaks"ının futbolçuları - Nussayr MazrauiHakim Ziyeş Çempionlar Liqasında İngiltənin "Tottenhem" komandası ilə yarımfinal mərhələsinin cavab görüşündə iftar açmaq üçün 22-ci dəqiqəni gözləyiblər.

"Report"un məlumatına görə, mərakeşli yarımmüdafiəçilər vacib qarşılaşma ərəfəsində də oruc tutublar. Onlar meydançada su içərək yemək yeyiblər. Bundan cəmi 11 dəqiqə sonra Ziyeş komandasının ikinci qolunu vurub və 77-ci dəqiqədə sarı vərəqə alıb. Hər iki oyunçu sonadək meydanda olub.

Qeyd edək ki, ikinci hissədə "Tottenhem" geridönüş edərək qələbəyə nail olub - 3:2. Məhz səfər qolları sayəsində İngiltərə təmsilçisi finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi