Avropanın 5 böyük çempionatında ən uzun müddət çıxış edən futbolçuların siyahısı açıqlanıb

Avropanın 5 böyük çempionatında ən uzun müddət çıxış edən futbolçuların siyahısı açıqlanıb Siyahıya İtaliyanın "Yuventus" klubunun 40 yaşlı qapıçısı Canluici Buffon başçıllıq edir
Futbol
16 Aprel , 2018 18:53
Avropanın 5 böyük çempionatında ən uzun müddət çıxış edən futbolçuların siyahısı açıqlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropanın 5 böyük çempionatında ən uzun müddət çıxış edən futbolçuların siyahısını hazırlayıb.

"Report"un məlumatına görə, siyahıya İtaliyanın "Yuventus" klubunun 40 yaşlı qapıçısı Canluici Buffon başçıllıq edir. 

Təcrübəli qolkiper 17 mövsümdür ki, Turin təmsilçisinin şərəfini qoruyur.

İkinci yerdə İtaliyanın "Kyevo" komandasının futbolçusu Serjio Pellisye qərarlaşıb. 39 yaşlı hücumçu 16.5 mövsümdür bu komandada çıxış edir. 3-cü pillədə isə İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyesta yer alıb. 34 yaşlı yarımmüdafiəçi 16 mövsümdür ki, Kataloniya təmsilçisinin heyətindədir.  

Son xəbərlər

Orphus sistemi