Avropa ölkələrinin yığmaları DÇ-2026-nın final mərhələsində eyni qrupa düşməyəcəklər

Avropa ölkələrinin yığmaları DÇ-2026-nın final mərhələsində eyni qrupa düşməyəcəklər Onlar 16 qrupa bərabər bölünəcəklər
Futbol
4 Aprel , 2017 15:43
Avropa ölkələrinin yığmaları DÇ-2026-nın final mərhələsində eyni qrupa düşməyəcəklər

Bakı. 4 aprel. REPORT.AZ/ Avropa ölkələrinin milli komandaları futbol üzrə 2026-cı il dünya çempionatında müxtəlif qruplara bölünəcəklər. "Report"un məlumatına görə, bu barədə TASS-a UEFA İcraiyyə Komitəsinin üzvü Frantişek Laurinets açıqlama verib.

O, Finlandiyanın paytaxtı Helsinkidəki iclasda DÇ-2026-nın formatını müzakirə etdiklərini bildirib: "Avropa yığmaları mundialda eyni qrupa düşə bilməzlər. Onlar 16 qrupa bərabər bölünəcəklər. Bu qərar FİFA Konqresində təsdiqlənməlidir. Artıq ali futbol qurumunun Şurası belə bölgüyə razılıq verib".

Qeyd edək ki, FİFA Konqresi mayın 11-də Bəhreynin paytaxtı Manamada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi