Yuxarı

Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib

Azərbaycan klubları məğlub olub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən "Qəbələ"nin yer aldığı C qrupunda Belçika "Anderlext"i növbəti qələbəsini son anda əldən verib.

Fransa "Sent Etyen"i geridə olduğu matçı, ilk turda olduğu kimi, axırıncı dəqiqələrdə bərabərliklə tamamlaya bilib. Bununla belə, "Anderlext" və "Maytns" 4 xalla şərikli liderliyi ələ alıb. "Sent Etyen" 2 xalla 3-cü, "Qəbələ" isə sonuncu pillədə qalıb.

"Qarabağ"ın çıxış etdiyi "J" qrupunda Yunanıstan PAOK-u Çexiyada "Slovan"ı yenməyi bacarıb. Amma meydan sahibləri Ağdam komandası ilə oyunda olduğu kimi, yenə elə 1-ci dəqiqədə qol vurmaqla diqqət mərkəzinə düşüb. Bu qrupda "Fiorentina" və PAOK 4 xalla ilk 2 yeri bölüşür.

Türkiyə təmsilçilərindən "Fənərbağça" evdə Hollandiya "Feyenoord"unu minimal hesabla yenib. "Mançester Yunayted" də İngiltərədə Ukrayna "Zarya"sına Zlatan İbrahimoviçin qolu ilə qalib gəlib. Rusiya təmsilçiləri "Zenit"lə "Krasnodar" isə rəqiblərinin qapısından 5 top keçirməklə yadda qalıblar.

A qrupu

23:05. "Fənərbağça" (Türkiyə) - "Feyenoord" (Hollandiya) - 1:0

Qol: Emmanuel Emenike, 18

23:05. "Mançester Yunayted" (İngiltərə) - "Zarya" (Ukrayna) - 1:0

Qol: Zlatan İbrahimoviç, 69

Xal durumu: "Fənərbağça" - 4, "Feyenoord" - 3, "Mançester Yunayted" - 3, "Zarya" - 1.

B qrupu

19:00. "Astana" (Qazaxıstan) - "Yanq Boyz" (İsveçrə) - 0:0

23:05. "Olimpiakos" (Yunanıstan) - APOEL (Kipr) - 0:1

Qol: Pyeros Sotiryu, 10

Xal durumu: APOEL - 6, "Olimpiakos" - 3, "Yanq Boyz" - 1, "Astana" - 1.

C qrupu

19:00. "Qəbələ" (Azərbaycan) - "Maynts" (Almaniya) - 2:3

Qollar: Ruslan Qurbanov, 57-penalti ilə; Sergey Zenyov, 62 - Yoşinori Muto, 41; Con Kordoba, 68. Levin Öztunalı, 78

23:05. "Sent-Etyen" (Fransa) - "Anderlext" (Belçika) - 1:1

Qollar: Nolan Ru, 90+4 - Yuri Tilemans, 62-penalti ilə

Xal durumu: "Maynts" - 4, "Anderlext" - 4, "Sent-Etyen" - 2, "Qəbələ" - 0

D qrupu

23:05. "Zenit" (Rusiya) - "AZ Alkmaar" (Hollandiya) - 5:0

Qollar: Aleksandr Kokorin, 26; 59. Culiano, 48. Domeniko Krişito, 66. Oleq Şatov, 80

23:05. "Dandolk" (İrlandiya) - "Makkabi" (Tel-Əviv, İsrail) - 1:0

Qol: Siaran Kildaff, 72

Xal durumu: "Zenit" - 6, "Dandolk" - 4, "AZ Alkmaar" - 1, "Makkabi" (Təl-Əviv) - 0.

E qrupu

23:05. "Austriya" (Avstriya) - "Viktoriya" (Çexiya) - 0:0

23:05. "Roma" (İtaliya) - "Astra" (Rumıniya) - 4:0

Qollar: Kevin Strootman, 15. Federiko Fatsio, 45+2. Fabrisio, 47-öz qapısına. Mohamed Salah, 55

Xal durumu: "Roma" - 4, "Austriya" - 4, "Viktoriya" - 2, "Astra" - 0.

F qrupu

23:05. "Atletik" (İspaniya) - "Rapid" (Avstriya) - 1:0

Qollar: Benyat Etçeberria, 59

23:05. "Genk" (Belçika) - "Sassuolo" (İtaliya) - 3:1

Qollar: Nikos Karelis, 8. Leon Beyli, 25. Tomas Buffel, 61 - Matteo Politano, 65

Xal durumu: "Atletik" - 3, "Genk" - 3, "Rapid" - 3, "Sassuolo" - 3.

G qrupu

21:00. "Ayaks" (Hollandiya) - "Standard" (Belçika) - 1:0

Qol: Kasper Dolberq, 28

21:00 "Selta" (İspaniya) - "Panatinaikos" (Yunanıstan) - 2:0

Qollar: Con Qvidetti, 84. Daniel Vass, 89

Xal durumu: "Ayaks" - 6, "Selta" - 4, "Standard" - 1, "Panatinaikos" - 0.

H qrupu

21:00. "Gent" (Belçika) - "Konyaspor" (Türkiyə) - 2:0

Qollar: Kennet Sayef, 17. Renato Neto, 33

21:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Braqa" (Portuqaliya) - 2:0

Qollar: Taras Stepanenko, 5. Viktor Kovalenko, 56

Xal durumu: "Şaxtyor" - 6, "Gent" - 4, "Braqa" - 1, "Konyaspor" - 0.

I qrupu

21:00. "Şalke" (Almaniya) - "Zalsburq" (Avstriya) - 3:1

Qollar: Leon Qoretska, 15. Duye Çaleta Kar, 47-öz qapısına. Benedikt Hövedes, 58 - Conatan Soriano, 72

21:00. "Krasnodar" (Rusiya) - "Nitsa" (Fransa) - 5:2

Qollar: Fyodor Smolov, 22. Joazinyo, 33; 65-penalti ilə. Ari, 86; 90+3 - Mario Balotelli, 43. Vilan Siprian, 71

Xal durumu: "Krasnodar" - 6, "Şalke" - 6, "Zalsburq" - 0, "Nitsa" - 0.

J qrupu

21:00. "Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan) - 5:1

Qollar: Xuma Babakar, 39; 45+2. Nikola Kaliniç, 43. Mauro Sarate, 63; 78 - Dino Ndlovu, 90+2

21:00. "Slovan" (Çexiya) - PAOK (Yunanıstan) - 1:2

Qollar: Nikolay Komliçenko, 1 - Stefanos Atanasiadis, 10-penalti ilə; 82

Xal durumu: "Fiorenina" - 4, PAOK - 4, "Slovan" - 1, "Qarabağ" - 1.

K qrupu

21:00. "Sparta" (Çexiya) - "İnter" (İtaliya) - 3:1

Qollar: Vatslav Kadlets, 7; 25. Mario Holek, 76 - Rodriqo Palasio, 71

21:00. "Hapoel" (Beer-Şeva, İsrail) - "Sautgempton" (İngiltərə) - 0:0

Xal durumu: "Hapoel" (Beer-Şeva) - 4, "Sautgempton" - 4, "Sparta" - 3, "İnter" - 0.

L qrupu

21:00. "Sürix" (İsveçrə) - "Osmanlıspor" (Türkiyə) - 2:1

Qollar: Marko Şönbaxler, 45+1. Cengiz Çavuşeviç, 79 - Adam Maher, 73

21:00. "Styaua" (Rumıniya) - "Vilyarreal" (İspaniya) - 1:1

Qollar: Muniru Salli, 19 - Rafael Borre, 9

Xal durumu: "Vilyarreal" - 4, "Sürix" - 3, "Osmanlıspor" - 3, "Styaua" - 1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi