Avropa Liqasının finalına görə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib

Avropa Liqasının finalına görə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda 2019-cu ildə keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib.
Futbol
9 Oktyabr , 2018 13:42
Avropa Liqasının finalına görə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda 2019-cu ildə keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib.

“Report”un məlumatına görə, bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirilir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsidir.

Bədii gimnastika üzrə Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi mayın 31-dən iyunun 2-dək deyil, mayın 16-19-da təşkil olunacaq. Aerobika üzrə yarışlar isə mayın 24-26-da keçiriləcək. Daha əvvəl yarış mayın 23-25-nə təyin olunmuşdu. 

Qeyd edək ki, 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin avqustunda (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Son xəbərlər

Orphus sistemi