Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür.
Bunun üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:
Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək.