"Vilyarreal"ın hücumçusu: "Avropa Liqası finalının Bakıda olması yeni ölkəyə baş çəkmək imkanı yaradacaq"

"Vilyarreal"ın hücumçusu: "Avropa Liqası finalının Bakıda olması yeni ölkəyə baş çəkmək imkanı yaradacaq" İspaniyanın Vilyarreal klubunun futbolçusu Xerard Moreno Rusiya Zenitini üstələdikləri Avropa Liqasının 1/8 final görüşündən sonra Bakıda keçiriləcək final qarşılaşmasına köklənib.
Futbol
15 Mart , 2019 11:58
Vilyarrealın hücumçusu: Avropa Liqası finalının Bakıda olması yeni ölkəyə baş çəkmək imkanı yaradacaq

İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Xerard Moreno Rusiya "Zenit"ini üstələdikləri Avropa Liqasının 1/8 final görüşündən sonra Bakıda keçiriləcək final qarşılaşmasına köklənib.

"Report"un məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü UEFA-nın rəsmi saytına açıqlamasında bildirib. O, heç vaxt Azərbaycan paytaxtında olmadığını vurğulayıb: "İndi yeni ölkə və stadionlara baş çəkmək imkanı yaranıb. Bu isə mənim xoşuma gəlir".

Qeyd edək ki, "Vilyarreal" "Zenit"ə Rusiyada 3:1, İspaniyada isə 2:1 hesabı ilə qalib gəlib. Xerard Moreno hər iki oyunda qol vurub. 

Son xəbərlər

Orphus sistemi