Avropa Liqasında yarımfinalçılar məlum olub - VİDEO

Avropa Liqasında yarımfinalçılar məlum olub - VİDEO "Arsenal", "Atletiko", "Marsel" və "Zaltsburq" yarımfinala yüksəlib
Futbol
13 Aprel , 2018 01:02
Avropa Liqasında yarımfinalçılar məlum olub - VİDEO

Bakı. 13 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

"Report" xəbər verir ki, gecənin qarşılaşmalarından sonra İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zalsburq" komandaları yarımfinala yüksəlib.

"Arsenal" ötən həftə evdə 4:1 hesabı ilə yendiyi MOİK-lə Rusiyada 2:2 hesablı heç-heçə edib. "Topçular" iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olublar.

"Atletiko" evdə 2:0 hesabı ilə yendiyi "Sportinq"ə Portuqaliyada minimal hesabla uduzsa da, top fərqində üstün olub.

"Marsel" və "Zalsburq" komandaları isə müvafiq olaraq, Almaniya "Leyptsiq"i ilə İtaliya "Latsio"sunun qapısından müvafiq olaraq 5 və 4 top keçiriblər və ilk görüşdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıblar.

Avropa Liqası, 1/4 final, cavab oyunları

23:05. "Zalsburq” (Avstriya) – Latsio (İtaliya) - 4:1

Qollar: Munas Dabbur, 56. Amadu Haydara, 72. Hi-Çan Hvanq, 74. Ştefan Layner, 76 - Çiro İmmobile, 55

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:4

23:05. "Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya) - 1:0

Qol: Fredi Montero, 28

Baş hakim: Milorad Majiç (Serbiya)

İlk oyun – 0:2

23:05. MOİK (Rusiya) – "Arsenal” (İngiltərə) - 2:2

Qollar: Fyodor Çalov, 39. Kirill Nababkin, 50 - Denni Uelbek, 75, Remsi, 90

İlk oyun – 1:4

Baş hakim: Feliks Tsvayer (Almaniya)

23:05. "Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya) - 5:2

Qollar: Ştefan İlsanker, 6-öz qapısına. Buna Sarr, 9. Florian Toven, 38. Dimitri Payet, 60, Sakai, 90 - Bruma, 2. Jan-Kevin Oqüsten, 55

Baş hakim: Born Keypers (Hollandiya)

İlk oyun – 0:1

Yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.

Son xəbərlər

Orphus sistemi