​Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

​Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klubları növbəti mərhələ üçün yarışacaq
Futbol
10 Dekabr , 2015 13:06
​Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, bu mərhələyə 12 qrupda baş tutacaq 24 oyunla yekun vurulacaq.

Artıq bir neçə komanda növbəti mərhələyə vəsiqəni təmin edib. A qrupunda "Molde" (Norveç), B qrupunda "Liverpul" (İngiltərə), "Qəbələ"nin mübarizə apardığı C qrupunda "Krasnodar" (Rusiya) və "Borussiya" (Dortmund, Almaniya), D qrupunda "Napoli" (İtaliya), E qrupunda "Vilyarreal" (İspaniya) və "Rapid" (Avstriya), F qrupunda "Braqa" (Portuqaliya), G qrupunda "Latsio" (İtaliya) və "St-Etyen" (Fransa), İ qrupunda "Bazel" (İsveçrə), "Qarabağ"ın çıxış etdiyi J qrupunda "Tottenhem" (İngiltərə), K qrupunda "Şalke" (Almaniya) və "Sparta" (Praqa, Çexiya) və L qrupunda "Atletik" (Bilbao, İspaniya) komandaları Avropa Liqasında yoluna davam edəcək.

Türkiyənin "Fənərbağça" klubunun mübarizə apardığı A qrupunda 1/16 finala vəsiqəni hələlik İsveçin "Mölde" komandası təmin edib. İkinci vəsiqəyə sahib çıxmaqdan ötrü "sarı-lacivərdlilər" İstanbulda Şotlandiya "Seltik"i ilə oyundan ən azı 1 xalla ayrılmalıdırlar. Belə olan halda "Fənərbağça" üçün avrokubok mövsümü davam edəcək. 

"Beşiktaş"ın çıxış etdiyi H qrupunda isə hər iki vəsiqə sahiblərini gözləyir. Portuqaliyanın paytaxtı Lissabonda "Sportinq"in qonağı olacaq "qara qartallar"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edir. Qrupun autsayderi "Skenderbeu" isə Albaniyada Rusiya "Lokomotiv"i ilə qarşılaşacaq. Qələbə sayəsində yoluna davam edəcək Moskva klubu Lissabondakı oyunun hesabından asılı olaraq heç-heçə və məğlubiyyət nəticəsində də növbəti mərhələyə vəsiqəni təmin edə bilər.

A qrupu

22:00. "Fənərbağça" (Türkiyə) - "Seltik" (Şotlandiya)

22:00. "Ayaks" (Hollandiya) - "Molde" (Norveç)

Xal durumu: "Molde" - 10. "Fənərbağça" - 8. "Ayaks" - 6. "Seltik" - 2.

B qrupu

22:00. "Bordo" (Fransa) - "Rubin" (Rusiya)

22:00. "Syon" (İsveçrə) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Liverpul" - 9. "Syon" - 8. "Rubin" - 5. "Bordo" - 3.

C qrupu

22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - PAOK (Yunanıstan)

Xal durumu: "Krasnodar" - 10. "Borussiya" - 10. PAOK - 4. "Qəbələ" - 2.

D qrupu

22:00. "Mityulland" (Danimarka) - "Brügge" (Belçika)

22:00. "Napoli" (İtaliya) - "Legiya" (Polşa)

Xal durumu: "Napoli" - 15. "Mityullannd" - 6. "Brügge" - 4. "Legiya" - 4.

E qrupu

22:00. "Rapid" (Avstriya) - "Dinamo" (Minsk, Belarus)

22:00. "Viktoriya" (Çexiya) - "Vilyarreal" (İspaniya)

Xal durumu: "Vilyarreal" - 12. "Rapid" - 12. "Viktoriya" - 3. "Dinamo" - 3.

F qrupu

22:00. "Liberets" (Çexiya) - "Marsel" (Fransa)

22:00. "Qroningen" (Hollandiya) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Braqa" - 12. "Marsel" - 9. "Liberets" - 7. "Qroningen" - 1.

G qrupu

00:05. "Dnepr" (Ukrayna) - "Rosenburq" (Norveç)

00:05. "St-Etyen" (Fransa) - "Latsio" (İtaliya)

Xal durumu: "Latsio" - 12. "St-Etyen" - 8. "Dnepr" - 4. "Rosenburq" - 2.

H qrupu

00:05. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)

00:05. "Skenderbeu" (Albaniya) - "Lokomotiv" (Moskva, Rusiya)

Xal durumu: "Beşiktaş" - 9. "Lokomotiv" - 8. "Sportinq" - 7. "Skenderbeu" - 3.

İ qrupu

00:05. "Fiorentina" (taliya) - "Belenensiş" (Portuqaliya)

00:05. "Lex" (Polşa) - "Basel" (İsveçrə)

Xal durumu: "Bazel" - 10. "Fiorentina" - 7. "Lex" - 5. "Belenensiş" - 5.

J qrupu

00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan)

00:05. "Tottenhem" (İngiltərə) - "Monako" (Fransa)

Xal durumu: "Tottenhem" - 10. "Anderlext" - 7. "Monako" - 6. "Qarabağ" - 4.

K qrupu

00:05. APOEL (Kipr) - "Sparta" (Praqa, Çexiya)

00:05. "Asteras" (Yunanıstan) - "Şalke" (Almaniya)

Xal durumu: "Şalke" - 11. "Sparta" - 9. "Asteras" - 4. APOEL - 3.

L qrupu

00:05. "Partizan" (Serbiya) - "Auqsburq" (Almaniya)

00:05. "Atletik" (Bilbao, İspaniya) - AZ (Hollandiya)

Xal durumu: "Atletik" - 12. "Partizan" - 9. "Auqsburq" - 6. AZ - 3. 

Son xəbərlər

Orphus sistemi