Avropa Liqasında "play-off"a yüksələn bütün komandalar müəyyənləşib - SİYAHI

Avropa Liqasında "play-off"a yüksələn bütün komandalar müəyyənləşib - SİYAHI Bakı. 17 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Futbol
17 Avqust , 2018 02:00
Avropa Liqasında play-offa yüksələn bütün komandalar müəyyənləşib - SİYAHI

Bakı. 17 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

"Report" xəbər verir ki, Türkiyə təmsilçilərindən "pley-off"a yalnız "Beşiktaş" adlaya bilib. İstanbulda Avstriya "Lints"ini 1:0 hesabı ilə yenən "qara qartallar" Lintsdəki cavab görüşündə uduzub - 1:2. Şenol Günəşin baş məşqçi olduğu kollektiv növbəti mərhələyə səfər qolu sayəsində yüksəlib.

"Başakşehir"in isə İngiltərə "Börnli"si ilə həm evdə, həm də səfərdə keçirdiyi görüşlərin əsas vaxtı qolsuz yekunlaşıb. Lakin "Dumanlı Albion" təmsilçisi əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.

"Zenit" Belarusda 0:4 hesabı ilə uduzduğu Minsk "Dinamo"suna Rusiyadakı cavab görüşünün əsas vaxtında azlıqda qalmasına baxmayaraq, eyni hesabla qalib gəlib. Əlavə vaxtda isə Sankt-Peterburq təmsilçisi daha 4 qol vurub və yekunda 8:1 hesablı qələbə sayəsində mərhələni keçib. "Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı rəqiblərə gəlincə, "Olimpiya" HİK-i Sloveniyada 3:0 hesabı ilə yendikdən sonra Finlandiyadada da 4:1 hesabı ilə darmadağın edərək, pley-offa yüksəlib. "Kukesi" isə Gürcüstanda Kutaisi "Torpedo"suna 2:5 hesabı ilə uduzduqdan sonra Albaniyada qələbə qazanıb - 2:0. Lakin iki oyunun nəticəsində növbəti mərhələyə "Torpedo" adlayıb.

"Qəbələ"nin sabiq futbolçusu Vitali Vernidubun çıxış etdiyi Ukrayna "Zarya"sı da Avroliqanın III təsnifat mərhələsindən üzüağ çıxıb. Luqansk təmsilçisi Portuqaliya "Braqa"sı ilə evdə 1:1, səfərdə 2:2 hesablı heç-heçə edib. Məhz səfərdə daha çox qol vurduğu üçün "Zarya" pley-offa çıxıb. Vernidub isə atasının baş məşqçi olduğu komandanın əsas heyətində meydana çıxıb və 64-cü dəqiqədə sarı vərəqə ilə yadda qalıb.

Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları

18:00. "Kayrat” (Qazaxıstan) - "Siqma” (Çexiya) - 1:2

İlk oyun - 0:2

19:00. "Proqres” (Lüksemburq) - "Ufa" (Rusiya) - 2:2

İlk oyun - 1:2

19:30. AEK (Larnaka, Kipr) - "Şturm” (Avsriya) - 5:0

İlk oyun - 2:0

20:00. HİK (Finlandiya) - "Olimpiya” (Lyublyana, Sloveniya) - 1:4

İlk oyun - 0:3

20:30. "Universitatya” (Rumıniya) - "Leyptsiq” (Almaniya) - 1:1

İlk oyun - 1:3

20:30. "Kopenhagen” (Danimarka) - MOİK (Sofiya, Bolqarıstan) - 2:1

İlk oyun - 2:1

21:00. "Kukesi” (Albaniya) - "Torpedo” (Kutaisi, Gürcüstan) - 2:0

İlk oyun - 2:5

21:00. APOEL (Kipr) - "Hapoel” (Beer-Şeva, İsrail) - 3:1

İlk oyun - 2:2

21:00. "Mityullan" (Danimarka) - TNS (Uels) - 3:1

İlk oyun - 2:0

21:00. "Suduva” (Litva) - "Spartak” (Yurmala, Latviya) - 0:0

İlk oyun - 1:0

21:00. ÇFR (Rumıniya) - "Alaşkert" (Ermənistan) - 5:0

İlk oyun - 2:0

21:00. "Jalgiris” (Litva) - "Sevilya" (İspaniya) - 0:5

İlk oyun - 0:1

21:00. "Mölde (Norveç) - "Haybernian” (Şotlandiya) - 3:0

İlk oyun - 0:0

21:00. "Zenit” (Rusiya) - "Dinamo” (Minsk, Belarus) - 8:1 (ƏLAVƏ VAXT - 4:1)

İlk oyun - 0:4

21:30. "Lütsern" (İsveçrə) - "Olimpiakos” (Yunanıstan) - 1:3

İlk oyun - 0:4

21:30. "Makkabi” (Tel-Əviv, İsrail) - "Pünik” (Ermənistan) - 2:1

İlk oyun - 0:0

21:45. "Dinamo” (Brest, Belarus) - "Apollon” (Kipr) - 1:0

İlk oyun - 0:4

21:45. LASK (Avstriya) - "Beşiktaş" - 2:1

İlk oyun 0:1

22:00. "Düdelanj” (Lüksemburq) - "Legiya” (Polşa) - 2:2

İlk oyun - 2:1

22:00. "Zrinski” (Bosniya və Herseqovina) - "Lüdoqorets” (Bolqarıstan) - 1:1

İlk oyun - 0:1

22:00. "Bröndbü” (Danimarka) - "Spartak” (Subotitsa, Serbiya) - 2:1

İlk oyun - 2:0

22:00. "Bazel” (İsveçrə) - "Vitess” (Hollandiya) - 1:0

İlk oyun - 1:0

22:00. "Atalanta” (İtaliya) - "Hapoel” (Hayfa, İsrail) - 2:0

İlk oyun - 4:1

22:15. "Maribor” (Sloveniya) - "Reyncers” (Şotlandiya) - 0:0

İlk oyun - 1:3

22:15. "Lex” (Polşa) - "Genk” (Belçika) - 1:2

İlk oyun - 0:2

22:30. "Gent” (Belçika) - "Yagelloniya” (Polşa) - 3:1

İlk oyun - 1:0

22:30. "Feyenoord” (Hollandiya) - "Trençin” (Slovakiya) - 1:1

İlk oyun - 0:4

22:30. "Rapid” (Avstriya) - "Slovan” (Liberets, Slovakiya) - 4:0

İlk oyun - 2:1

22:30. "Styaua” (Rumıniya) - "Hayduk” (Xorvatiya) - 2:1

İlk oyun - 0:0

22:30. "Partizan” (Serbiya) - "Norşellan” (Danimarka) - 3:2

İlk oyun - 2:1

22:45. "Rusenborq” (Norveç) - "Kork Siti” (İrlandiya) - 3:0

İlk oyun - 2:0

22:45. "Bordo” (Fransa) - "Mariupol” (Ukrayna) - 2:1

İlk oyun - 3:1

22:45. "Börnli” (İngiltərə) - "Başakşehir” (Türkiyə) - 1:0 (ƏLAVƏ VAXT - 1:0)

İlk oyun - 0:0

22:45. "Riyeka” (Xorvatiya) - "Sarpsborq” (Norveç) - 0:1

İlk oyun - 1:1

23:00. "Valür” (İslandiya) - "Şerif" (Moldova) - 2:1

İlk oyun - 0:1

23:30. "Braqa” (Portuqaliya) - "Zarya” (Ukrayna) - 2:2

İlk oyun - 1:1 

Son xəbərlər

Orphus sistemi