Yuxarı

​Avropa Liqasında IV turun oyunları keçiriləcək

12 qrupda ümumilikdə 24 görüş baş tutacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının IV turunun oyunları keçiriləcək. "Report"un məlumatına görə, 12 qrupda ümumilikdə 24 görüş baş tutacaq.

H qrupunda Türkiyənin "Beşiktaş" klubu lider "Lokomotiv"i (Rusiya) qəbul edəcək. İstanbul təmsilçisi 3 xal sayəsində birinciliyi ələ keçirə bilər. Məğlubiyyət isə "qara qartallar"ı 3-cü pilləyə endirə bilər. Qrupun digər oyununda isə Albaniya "Skenderbeu"su ilə Portuqaliya "Sportinq"i üz-üzə gələcək.

Türkiyənin daha bir komandası "Fənərbağça" isə səfərdə Hollandiyanın "Ayaks" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. "Sarı-lacivərt"lər səfərdən 3 xalla dönəcəyi təqdirdə növbəti mərhələni böyük ölçüdə təmin etmiş olacaq. Qrupun digər görüşündə isə "Seltik" (Şotlandiya) və "Molde" (Norveç) komandaları üz-üzə gələcək.

A qrupu

22:00. "Seltik" (Şotlandiya) - "Molde" (Norveç)

22:00. "Ayaks" (Hollandiya) - "Fənərbağça" (Türkiyə)

B qrupu

22:00. "Sion" (İsveçrə) - "Bordo" (Fransa)

22:00. "Rubin" (Kazan, Rusiya) - "Liverpul" (İngiltərə )

C qrupu

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Qəbələ" (Azərbaycan)

22:00. Krasnodar" (Rusiya) - PAOK (Yunanıstan)

D qrupu

22:00 "Napoli" (İtaliya) - "Midtiyullan" (Danimarka)

22:00. "Brügge" (Belçika) - "Legiya" (Polşa)

E qrupu

22:00. "Viktoriya" (Plzen, Çexiya) - "Rapid" (Avstriya)

22:00. "Dinamo" (Minsk, Belarus) - "Vilyareal" (İspaniya)

F qrupu

22:00. "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)

22:00. "Qroningen" (Hollandiya) - "Liberets" (Çexiya)

G qrupu

00:05. "Sent-Etyen" (Fransa) - "Dnepr" (Ukrayna)

00:05. "Rusenborq" (Norveç) - "Latsio" (İtaliya)

H qrupu

00:05. "Skenderbeu" (Albaniya) - "Sportinq" (Portuqaliya)

00:05. “Beşiktaş” (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)

İ qrupu

00:05. "Lex" (Polşa) - Fiorentina" (İtaliya)

00:05. "Belenenşeş" (Portuqaliya) - "Bazel" (İsveçrə)

J qrupu

20:00. "Qarabağ" (Azərbaycan) - "Monako" (Fransa)

00:05. “Tottenhem" (İngiltərə) - "Anderlext" (Belçika)

K qrupu

00:05. “Asteras Tripolis" (Yunanıstan) - APOEL (Kipr)

00:05. "Sparta" (Çexiya) - "Şalke" (Almaniya)

L qrupu

00:05. "Ausburq" (Almaniya) - "AZ Alkmaar" (Hollandiya)

00:05. "Atletik" (Bilbao, İspaniya) - “Partizan" (Serbiya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi