Yuxarı

Bu gün ​Avropa Liqasında III turun oyunları keçiriləcək

Fənərbağça ev, Beşiktaş səfər oyununa çıxacaq

22 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, 12 qrupda ümumilikdə 24 görüş baş tutacaq.

Türkiyənin "Fənərbağça" klubu A qrupunda Hollandiya "Ayaks"ını qəbul edəcək. Hazırda 1 xalla qrup sonuncusu olan İstanbul təmsilçisi vəziyyətini düzəltmək üçün doğma azarkeş önündə mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda isə Norveç "Molde"si - "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdırmış Şotlandiya "Seltik"i ilə qarşılaşacaq.

Türkiyənin daha bir təmsilçisi "Beşiktaş" H qrupunun oyununda Rusiyada "Lokomotiv"inin qonağı olacaq. İstanbul klubu səfər matçında 3 xal qazanacağı təqdirdə, hazırda 6 xalla qrup lideri olan rusiyalıları 1 xal qabaqlayacaq və birinci pilləyə yüksələcək. Qrupun digər oyununda Portuqaliya "Sportinq"i Albaniya "Skenderbeu"sunu qəbul edəcək.

C qrupunda "Qəbələ" Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunu sınağa çəkəcək. Qrupun digər görüşü Yunanıstanda keçiriləcək. Burada yerli PAOK Rusiya "Krasnodar"ı ilə üz-üzə gələcək. J qrupunda mübarizə aparan "Qarabağ" Fransada "Monako" ilə qarşılaşacaq. İngiltərə "Tottenhem"i isə Belçikada "Anderlext"lə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası, III tur

A qrupu

00:05. "Molde" (Norveç) - "Seltik" (Şotlandiya)

Baş hakim: Vladislav Bezborodov (Rusiya)

Molde. Molde Stadionu

00:05. "Fənərbağça" (Türkiyə) - "Ayaks" (Hollandiya)

Baş hakim: David Fernándes Borbalan (İspaniya)

İstanbul. Şükrü Saracoğlu Stadionu

B qrupu

00:05. "Liverpul" (İngiltərə) - "Rubin" (Rusiya)

Baş hakim: Robert Şerqenhofer (Avstriya)

Liverpul. "Enfild" Stadionu

00:05. "Bordo" (Fransa) - "Son" (İsveçrə)

Baş hakim: Aleksandr Stavrev (Makedoniya)

Bordo. Bordo Stadionu

C qrupu

20:00. "Qəbələ" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya)

Baş hakim: İvan Bebek (Xorvatiya)

Bakı. "Bakcell Arena"

00:05. PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya)

Baş hakim: Stefan Yuxannesson (İsveçrə)

Saloniki. Tumba Stadionu

D qrupu

00:05. "Legiya" (Polşa) - "Brügge" (Belçika)

Baş hakim: Harald Leçner (Avstriya)

Varşava. "Pepsi Arena"

00:05. "Mityulland" (Danimarka) - "Napoli" (İtaliya)

Baş hakim: Serdar Gözübüyük (Hollandiya)

Heminq. "Heminq Arena"

E qrupu

00:05. "Vilyarreal" (İspaniya) - "Dinamo" (Belarus)

Baş hakim: Sergey Boyko (Ukrayna)

Vilyarreal. "Estadio El Madriqal"

00:05. "Rapid" (Avstriya) - "Viktoriya" (Çexiya)

Baş hakim: Krayq Pavson (İngiltərə)

Vena. Ernst-Happel Stadionu

F qrupu

00:05. "Braqa" (Portuqaliya) - "Marsel" (Fransa)

Baş hakim: Aleksandr Tudor (Rumıniya)

Braqa. Munikipal de Braqa Stadionu

00:05. "Slovan" (Çexiya) - "Qroningen" (Hollandiya)

Baş hakim: Kristian Dinqert (Almaniya)

Liberets. "U Nisu" Stadionu

G qrupu

22:00. "Latsio" (İtaliya) - "Rusenborq" (Norveç)

Baş hakim: Pavel Gil (Polşa)

Roma. Olimpiko Stadionu

22:00. "Dnepr" (Ukrayna) - "Sent-Etyen" (Fransa)

Baş hakim: Alon Yefet (İsrail)

Dnipropetrovsk. "Dnepr Arena"

H qrupu

22:00. "Lokomotiv" (Rusiya) - "Beşiktaş" (Türkiyə)

Baş hakim: Serj Qyumenni (Belçika)

Moskva. "Lokomitov" Stadionu

22:00. "Sportinq" (Portuqaliya) - "Skenderbeu" (Albaniya)

Baş hakim: Klayton Pisani (Malta)

Lissabon. Joze Alvalade adına stadionu

İ qrupu

22:00. "Bazel" (İsveçrə) - "Belenensiş" (Portuqaliya)

Baş hakim: Li Evans (Uels)

Bazel. "Yakob-Park"

22:00. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa)

Baş hakim: Gediminas Mazeyka (Litva)

Florensiya. Artemio Françi Stadionu

J qrupu

22:00. "Monako" (Fransa) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Yakob Kehlet (Danimarka)

Monako. II Lui Stadionu

22:00. "Anderlext" (Belçika) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Pol van Boekel (Hollandiya)

Brüssel. Konstant Vanden Stok Stadionu

K qrupu

22:00. "Şalke" (Almaniya) - "Sparta" (Praqa, Çexiya)

Baş hakim: Artur Dias (Portuqaliya)

Gelsenkirçen. "AufŞalke Arena"

22:00. APOEL (Kipr) - "Asteras" (Yunanıstan)

Baş hakim: Aleksey Eskov (Rusiya)

Nikosiya. GSP

L qrupu

22:00. AZ (Hollandiya) - "Auqsburq" (Almaniya)

Baş hakim: Miroslav Zelinka (Çexiya)

Alkmaar. Az Stadionu

22:00. "Partizan" (Serbiya) - "Atletik" (Bilbao, İspaniya)

Baş hakim: Paveł Raçkovski (Polşa)

Belqrad. "Partizan" Stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi