Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb Bakı. 22 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Futbol
22 Fevral , 2019 09:35
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, namizədlər sırasında iranlı hücumçu Sərdar Azmun (“Zenit”, “Rusiya”), zambiyalı forvard Patson Daka (“Zaltsburq”, Avstriya), ispaniyalı yarımmüdafiəçi Pablo Sarabiya (“Sevilya”, İspaniya) və ingiltərəli cinah yarımmüdafiəçisi Kallum Hadson-Odoi (“Çelsi”, İngiltərə) yer alıb.

S.Azmun Türkiyənin “Fənərbağça” komandasını 3:1 hesabı ilə məğlub etdikləri oyunda dubl və bir məhsuldar iki ötürmə ilə yadda qalıb. P.Daka Belçika “Brügge”sini 4 cavabsız qolla üstələdikləri matçda 2 top vurub. P.Sarabiyanın qolu və məhsuldar ötürməsi komandasının İtaliyanın “Latsio” kollektivini udmağa kömək edib – 2:0. K.Hadson-Odoi isə Norveç “Malmö”sünə 3 qol vurduqları qarşılaşmada 1 dəfə fərqlənib.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi