Yuxarı

Avropa Liqasında çempion məlum olur

Həlledici görüşdə İngiltərənin Liverpul və İspaniyanın Sevilya klubları üz-üzə gələcək

Bakı. 18 may. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının 2015/2016 mövsümünün qalibi müəyyənləşəcək. "Report"un məlumatına görə, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" klubları üz-üzə gələcək.

Bazeldə "Sankt-Yakob Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Final görüşü hər iki komanda üçün vacib olsa da İspaniya təmsilçisi üçün bu görüşün xüsusi əhəmiyyəti var. İki mövsüm ardıcıl (2013/2014, 2014/2015) Avroliqanın çempionluğunu yaşamış "Sevilya" bu gün qələbə qazanacağı təqdirdə ardıcıl 3-cü dəfə qitə turnirinin qızıl medalını muzeyə aparacaq.

"Liverpul" isə sonuncu dəfə 2000/2001 mövsümündə Avropa Liqasının çempionluğunu bayram edib. İngiltərəlilər yarımfinalda İspaniya "Vilyarreal"ını, "Sevilya" isə Ukrayna "Şaxtyor"unu (Donetsk) məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi