Yuxarı

Avropa Liqasında 1/8 finala vəsiqə qazanan bütün komandalar məlum olub

Avropa Liqasında 1/8 finala vəsiqə qazanan bütün komandalar məlum olub
1/8 final mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri keçirilib.

"Report" xəbər verir ki, bu qarşılaşmalardan sonra 1/8 finala vəsiqə qazanan bütün komandaların adları məlum olub.

Onlardan 3-ü - MOİK, "Lokomotiv" və "Zenit" Rusiyanı təmsil edir. Eyni zamanda, İtaliyanın "Latsio" və "Milan", İspaniyanın "Atletiko" və "Atletik", Almaniyanın "Leyptsiq" və "Borussiya" (Dortmund), Fransanın "Lion" və "Marsel", İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq", Ukraynanın "Dinamo" (Kiyev), Avstriyanın "Zalsburq" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları da mərhələ adlayıb.

1/8 final mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.

Avropa Liqası

1/16 final, cavab görüşləri

23 fevral

00:05. "Braqa" (Portuqaliya) - "Marsel" (Fransa) - 1:0

Qol: Rikardo Horta, 31

İlk oyun - 0:3

00:05. "Arsenal" (İngiltərə) - "Ostersun" (İsveç) - 1:2

Qollar: Sead Koloşinats, 47 - Hosam Ayeş, 22. Ken Sema, 23

İlk oyun - 3:0

00:05. "Milan" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan) - 1:0

Qol: Fabio Borini, 21

İlk oyun - 3:0

00:05. "Zalsburq" (Avstriya) - "Real Sosyedad" (İspaniya) - 2:1

Qollar: Munas Dabbur, 10. Valon Berişa, 74-penalti ilə - Raul Navas, 28

İlk oyun - 2:2

00:05. "Atletik" (Bilbao, İspaniya) - "Spartak" (Moskva, Rusiya) - 1:2

Qollar: Xabyer Etçeyta, 57 - Luis Adriano, 44. Lorentso Melgarexo, 85

İlk oyun - 3:1

00:05. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:1

Qol: Rafael Toloy, 11 - Marsel Şmeltser, 83

İlk oyun - 2:3

22 fevral

20:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Nitsa" (Fransa) - 1:0

Qol: İqor Denisov, 30

İlk oyun - 3:2

22:00. "Sportinq" (Portuqaliya) - "Astana" (Qazaxıstan) - 3:3

Qollar: Bas Dost, 3. Bruno Fernandes, 53; 63 - Marin Tomasov, 37. Patrik Tvumasi, 80. Dmitri Şomko, 90+4

İlk oyun - 3:1

22:00. "Latsio" (İtaliya) - "Styaua" (Rumıniya) - 5:1

Qollar: Çiro İmmobile, 7; 43. Bastos, 35. Felipe Anderson, 51; 71 - Arlem Nyoere, 82

İlk oyun - 0:1

22:00. "Viktoriya" (Plzen, Çexiya) - "Partizan" (Serbiya) - 2:0

Qollar: Mixael Krmençik, 67. Aleş Çermak, 90+4

İlk oyun - 1:1

22:00. "Vilyarreal" (İspaniya) - "Lion" (Fransa) - 0:1

Qol: Bertran Traore, 86

Qırmızı vərəqə: Xaume Kosta, 78 ("Vilyarreal")

İlk oyun - 1:3

22:00. "Leyptsiq" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2

Qollar: Pyotr Zelinski, 33. Lorentso İnsinye, 88

İlk oyun - 3:1

22:00. "Zenit" (Rusiya) - "Seltik" (Şotlandiya) - 3:0

Qollar: Branislav İvanoviç, 8. Daler Kuzyayev, 27. Aleksandr Kokorin, 61

İlk oyun - 0:1

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Yunanıstan) - 0:0

İlk oyun - 1:1

22:00. "Atletiko" (Madrid, İspaniya) - "Kopenhagen" (Danimarka) - 1:0

Qol: Kevin Qameyro, 7

İlk oyun - 4:1

21 fevral

MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) - 1:0

İlk oyun - 0:0

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi