Yuxarı

Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib

Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib
Latsio”, Atletiko”, Sportinq”, Marsel”, Leytspiq, Arsenal”, Zalsburq və MOİK növbəti mərhələyə çıxıb

Bakı. 16 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.

“Report” xəbər verir ki, bu qarşılaşmalar yekunlaşdıqdan sonra ¼ finala vəsiqə qazanan bütün 8 komandanın adı müəyyənləşib.

Bunlar İtaliyanın "Latsio”, İspaniyanın "Atletiko”, Portuqaliyanın "Sportinq”, Fransanın "Marsel”, Almaniyanın "Leytspiq, İngiltərənin "Arsenal”, Avstriyanın "Zalsburq" və Rusiyanın MOİK klubarıdır.

Qeyd edək ki, ¼ final mərhələsinin püşkü martın 16-da keçiriləcək.

Avropa Liqası, 1/8 final, cavab görüşləri

20:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Atletiko" (Madrid, İspaniya) - 1:5

Qollar: Matsey Rıbus, 20 - Anxel Korrea, 16. Saul Niqez, 47. Fernando Torres, 65 (penalti ilə); 70. Antuan Qrizmann, 85

İlk oyun - 0:3

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) - 0:2

Qol: Lukas Leyva, 23. Stefan de Vriy, 83

İlk oyun - 2:2

22:00. "Viktoriya" (Plzen, Çexiya) - "Sportinq" (Portuqaliya) - 2:1 (əlavə vaxtda - 0:1)

Qollar: Marek Bakos, 6; 65 - Rodriqo Battaqliya, 105

İlk oyun - 0:2

22:00. "Atletik" (Bilbao, İspaniya) - "Marsel" (Fransa) - 1:2

Qollar: İnaki Vilyams, 74 - Dmitri Payet, 38(penalti ilə). Lukas Okampus, 52

Qırmızı vərəqə: Aritz Aduriz, 77 ("Atletik")

İlk oyun - 1:3

22:00. "Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 1:1

Qollar: Sebastian Driussi, 45 - Kevin Aqustin, 22

Qeyri-dəqiq penalti: Timo Verner, 82 ("Leyptsiq")

İlk oyun - 1:2

00:05. "Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) - 3:1

Qollar: Dani Uelbek, 39 (penalti ilə); 86. Qranit Caka, 71 - Hakan Çalhanoğlu, 36

İlk oyun - 2:0

00:05. "Zaltsburq" (Avstriya) - "Borussiya" (Dortmund, Almaniya) - 0:0

İlk oyun - 2:1

00:05. "Lion" (Fransa) - MOİK (Moskva, Rusiya) - 2:3

Qollar: Maksvel Kornet, 58. Mariano Diaz, 71 - Alensandr Qolovin, 39. Ahmed Musa, 60. Pontus Vernblom, 65

İlk oyun - 1:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi