Yuxarı

Avropa Liqasında 1/4 finalın iştirakçıları müəyyənləşəcək

Avroliqada yoluna davam edəcək 8 komandanın adına aydınlıq gələcək

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, bununla da Avroliqada yoluna davam edəcək 8 komandanın adına aydınlıq gələcək.

Türkiyənin "Fənərbağça" klubu Portuqaliyada "Braqa" ilə üz-üzə gələcək. İstanbulda keçirilmiş ilk oyunda minimal hesablı qələbə qazanan "sarı-lacivərdlər" səfərdən bərabərliklə dönəcəyi təqdirdə adını növbəti mərhələyə yazdıracaq. Baş məşqçi Vitor Pereyra bir müddətdir zədəli olan Gökhan Gönülün xidmətindən yararlana biləcək. Lakin Lazar Markoviç zədə səbəbindən bu görüşdə forma geyinə bilməyəcək. İstanbul təmsilçisinin rəhbərliyi mərhələ keçiləcəyi halda komandaya 1 milyon dollar mükafat vəd edib. "Braqa"nın heyətində isə Luis Karlos, Rui Fonte və Krislan zədəlidir.

Gecənin digər maraqlı oyununda İngiltərənin "Mançester Yunayted" və "Liverpul" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Mançester şəhərində baş tutacaq duelə "Liverpul" üstün tərəf olaraq çıxacaq. İlk oyunda 0:2 hesabı ilə məğlub olan Lui Van Qaalın rəhbərlik etdiyi komanda mərhələ adlamaq üçün ən azından qapısını toxunulmaz saxlamaq şərti ilə rəqib qapısından 3 top keçirməlidir.

Ukraynanın "Şaxtyor" klubu isə səfərdə Belçika "Anderlext"i ilə qarşılaşacaq. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşsa da, ən güclü 8 komanda sırasına yüksələn tərəf Ukrayna təmsilçisi olacaq. "Şaxtyor" ilk oyunda 3:1 hesablı qələbə qazanmaqla növbəti mərhələ şansnı artırıb.

Avropa Liqası, 1/8 final, cavab oyunları

22:00. "Valensiya" (İspaniya) - "Atletik" (İspaniya)

İlk oyun: 0:1

22:00. "Latsio" (İtaliya) - "Sparta" (Çexiya)

İlk oyun: 1:1

22:00. "Bayer" (Leverkusen, Almaniya) - "Vilyarreal" (İspaniya)

İlk oyun: 0:2

00:05. "Braqa" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)

İlk oyun: 0:1

00:05. "Mançester Yunayted" (İngiltərə) - "Liverpul" (İngiltərə)

İlk oyun: 0:2

00:05. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun: 0:3

00:05. "Anderlext" (Belçika) - "Şaxtyor" (Ukrayna)

İlk oyun: 1:3

00:05. "Sevilya" (İspaniya) - "Bazel" (İsveçrə)

İlk oyun: 0:0

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi