Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça"nın rəqibləri müəyyənləşib

Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça"nın rəqibləri müəyyənləşib Bakı. 17 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Futbol
17 Dekabr , 2018 16:29
Avropa Liqası: Qalatasaray və Fənərbağçanın rəqibləri müəyyənləşib

Bakı. 17 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

“Report” xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vuran 24 komandanın və yarışa Çempionlar Liqasında qrup üçüncüsü olmaqla qoşulan 8 kollektivin rəqibəri bəlli olub.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Rusiya "Zenit"i ilə, "Qalatasaray" isə Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq. 

"Viktoriya” (Plzen, Çexiya) - "Dinamo” (Zaqreb, Xorvatiya)

"Brügge” (Belçika) - "Zaltsburq” (Avstriya)

"Rapid” (Avstriya) - "İnter” (İtaliya)

"Slaviya” (Praqa, Çexiya) - "Genk” (Belçika)

"Krasnodar” (Rusiya) - "Bayer” (Almaniya)

"Sürix” (İsveçrə) - "Napoli” (İtaliya)

"Malmö” (İsveç) - "Çelsi” (İngiltərə)

"Şaxtyor” (Ukrayna) - "Ayntraxt” (Almaniya)

"Seltik” (Şotlandiya) - "Valensiya” (İspaniya)

"Renn” (Fransa) - "Betis” (İspaniya)

"Olimpiakos” (Yunanıstan) - "Dinamo” (Kiyev, Ukrayna)

"Latsio” (İtaliya) - "Sevilya” (İspaniya)

"Fənərbaxça” (Türkiyə) - "Zenit” (Rusiya)

"Sportinq” (Portuqaliya) - "Vilyarreal” (İspaniya)

BATE (Belarus) - "Arsenal” (İngiltərə)

"Qalatasaray” (Türkiyə) - "Benfika” (Portuqaliya)

Qeyd edək ki, 1/16 finalın ilk oyunları fevarlın 14-də, cavab görüşləri isə bir həftə sonra olacaq. Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi