Yuxarı

Avropa Liqasında 1/4 final mərhələsinin ilk görüşləri keçiriləcək

Yarışın son qalibi Rusiya çempionları ilə qarşılaşacaq

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, 6 ölkədən 8 komanda növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni davam etdirəcək.

İtaliya təmsilçilərindən "Fiorentina" və "Napoli" səfər matçlarına çıxacaq. Ukraynanın "Dinamo" (Kiyev) komandası evdə, "Dnepr" isə səfərdə oynayacaq. "Dinamo" elə "Fiorentina"nı sınağa çəkəcəksə, "Dnepr" ötən mərhələdə Türkiyə "Beşiktaş"ını mübarizədən kənarlaşdırmış Belçika "Brügge"sinin qonağı olacaq. "Napoli" 1/8 finalda İtaliya nəhəngi "İnter"i üstələməyi bacarmış Almaniya "Volfsburq"u ilə üz-üzə gələcək. Nəhayət, Avroliqanın son qalibi - İspaniya "Sevilya"sı Rusiya "Zenit"ini qəbul edəcək.

Avropa Liqası

1/4 final, ilk oyunlar

00:05. "Brügge" (Belçika) - "Dnepr" (Ukrayna)

Baş hakim: Damir Skomina (Sloveniya)

00:05. "Sevilya" (İspaniya) - "Zenit" (Rusiya)

Baş hakim: Bas Neyxeys (Hollandiya)

00:05. "Volfsburq" (Almaniya) - "Napoli" (İtaliya)

Baş hakim: Antonio Mateo Laos (İspaniya)

00:05. "Dinamo" (Kiyev, Ukrayna) - "Fiorentina" (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi