Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 3 cavab görüşü keçiriləcək.
"Report"un məlumatına görə, eyni saatda start götürəcək oyunlardan 2-si formal xarakter daşıya bilər. Gürcüstan "Saburtalo"su ilk görüşdə "Ararat"ı Ermənistanda 2:1, Portuqaliya "Vitoriya"sı isə Latviyada "Ventspils"i 3:0 hesabı ilə yendiyi üçün ciddi üstünlüyə malikdir. Elə Polşada "Legiya" ilə qolsuz heç-heçə etmiş Yunanıstan "Atromitos"unun mərhələ adlaması da daha real görünür.
14 avqust
Avropa Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
20:00. "Saburtalo" (Gürcüstan) - "Ararat" (Ermənistan)
İlk oyun - 2:1
20:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Ventspils" (Latviya)
İlk oyun - 3:0
20:00. "Atromitos" (Yunanıstan) - "Legiya" (Polşa)
İlk oyun - 0:0.
Qeyd edək ki, Avropa Liqasında "pley-off"a yüksələn ilk 3 komanda bu gecə müəyyənləşib. Qalan 30 oyun avqustun 15-də keçiriləcək.