Avropa Liqası: Bakı "İnter"i Lüksemburq klubunu məğlub edib - VİDEO

Avropa Liqası: Bakı "İnter"i Lüksemburq klubunu məğlub edib - VİDEO Yeganə qolu Mirhüseyn Seyidov vurub
Futbol
12 İyul , 2017 21:54
Avropa Liqası: Bakı İnteri Lüksemburq klubunu məğlub edib - VİDEO

Bakı. 12 iyul. REPORT.AZ / Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib Lüksemburqun "Fola Eş" komandası olub.

"Dalğa Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 89-cu dəqiqədə Mirhüseyn Seyidov vurub. Bu, Azərbaycan klublarının cari mövsümdə üst-üstə 6-cı qələbəsi olub. Cavab görüşü iyulun 20-də Lüksemburqun Eş-sür Alzet şəhərindəki "Emil Mayriş" stadionunda keçiriləcək.

Qeyd edək ki, əslində matç iyulun 13-də keçirilməli idi. Lakin "Qəbələ" ilə "İnter"in ev oyunlarının eyni günə təsadüf etməməsi üçün UEFA vaxt dəyişikliyinə əl atıb.

"İnter" əvvəlki mərhələdə Serbiya "Mladost"unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələyib. "Fola Eş" isə Moldova "Milsami"sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1. Bu rəqib son iki həftədə Lüksemburqdan Bakıya səfər edən ikinci komanda olacaq. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsində "Zirə" elə "Dalğa Arena"da "Differdanj"ı 2:0, səfərdə isə 2:1 hesabı ilə yenib.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. "İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq) - 1:0

Qol: Mirhüseyn Seyidov, 89

Baş hakim: Eytan Şmuelvits

Yan xətt hakimləri: Nissan Davidi, Saqi Mazamber

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

Bakı, "Dalğa Arena".

Son xəbərlər

Orphus sistemi