Yuxarı

Avropa Liqasının 1/4 finalçıları müəyyənləşəcək

Türkiyənin Beşiktaş klubu Belçika Brüggesi ilə qarşılaşacaq

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar 3 müxtəlif saatda baş tutacaq.

Günün ilk görüşü Rusiyada keçiriləcək. Moskva "Dinamo"su İtaliyanın "Napoli" klubunu qəbul edəcək. İtaliyada keçirilmiş ilk oyunda "Napoli" 3:1 hesablı qələbə qazandığından, Moskvada daha rahat çıxış edə biləcək.

Azərbaycanda da kifayət qədər azarkeşi olan "Beşiktaş" doğma azarkeşlər önündə "Brügge" səddini keçməyə çalışacaq. Belçikada baş tutmuş ilk görüşdə meydan sahibləri minimal hesablı qələbə qazandıqlarından, Türkiyə təmsilçisi revanş matçında mütləq qol vurmağa çalışacaq.

Daha bir maraqlı oyunda iki İtaliya təmsilçisi - "Roma" və "Fiorentina" komandaları üz-üzə gələcək. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. "Roma" qolsuz bərabərliyə nail olacağı halda, növbəti mərhələyə yüksələcək. "Fiorentina" isə rəqib qapısından ən azı 1 qol keçirməlidir. Görüşü türkiyəli referi Cüneyt Çakır idarə edəcək. 

Avropa Liqası, 1/8 final

Cavab oyunları

21:00. "Dinamo" (Moskva, Rusiya) - "Napoli" (İtaliya)

İlk oyun: 1:3

22:00. "Roma" (İtaliya) - "Fiorentina" (İtaliya)

İlk oyun: 1:1

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Everton" (İngiltərə)

İlk oyun: 1:2

00:05. "Beşiktaş" (Türkiyə) - "Brügge" (Belçika)

İlk oyun: 1:2

00:05 "Torino" (İtaliya) - "Zenit" (Rusiya)

İlk oyun: 0:2

00:05. "İnter" (İtaliya) - "Volfsburq" (Almaniya)

İlk oyun: 1:3

00:05. "Sevilya" (İspaniya) - "Vilyarreal" (İspaniya)

İlk oyun: 3:1

00:05. "Ayaks" (Hollandiya) - "Dnepr" (Ukrayna)

İlk oyun: 0:1

Qeyd edək ki, 1/4 final oyunları 16 və 23 apreldə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi