Yuxarı

Avropa Liqası: 1/16 finala yüksələn komandaların sayı 16-ya yüksəlib

Avropa Liqası: 1/16 finala yüksələn komandaların sayı 16-ya yüksəlib
Qitənin müxtəlif ölkələrində ümumilikdə 24 matç baş tutub

Bakı. 24 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında V turun oyunları keçirilib.

"Report" xəbər verir ki, qitənin müxtəlif ölkələrində ümumilikdə 24 matç baş tutub.

Bu görüşlərdən sonra 1/16 finala vəsiqə qazanan komandaların sayı 16-ya çatıb.

Daha əvvəl Ukraynanın "Dinamo” (Kiyev), Rumıniyanın "Styaua”, İngiltərənin "Arsenal”, İtaliyanın "Latsio” və Rusiyanın "Zenit” klubları bu vəzifənin öhdəsindən gəlməyi bacarmışdılar. Hesabat turundan sonra isə bu siyahıya İspaniyanın "Vilyarreal” və "Real Sosyedad", İtaliyanın "Milan” və "Atalanta”, Fransanın "Lion” və "Nitsa", Serbiyanın "Partizan”, Portuqaliyanın "Braqa”, Çexiyanın "Viktoriya”, Avstriyanın "Zalsburq” və İsveçin "Ostersun” komandaları da qoşulub.

Türkiyə təmsilçilərindən "Başakşehir" Bolqarıstanda "Lüdoqorets"ə 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələ şanslarını son tura saxlayıb. "Konyaspor" isə evdə Fransa "Marsel"i üzərində qələbəni son anda əldən verib.

Avropa Liqası, qrup mərhələsi, V tur

23 noyabr

A qrupu

20:00. "Astana" (Qazaxıstan) - "Vilyarreal" (İspaniya) - 2:3

Qollar: Junior Kabananga, 22. Patrik Tvumasi, 88 - Daniel Raba, 39. Sedrik Bakambu, 65; 83

00:05. "Makkabi" (Təl-Əviv, İsrail) - "Slaviya" (Praqa, Çexiya) - 0:2

Qol: Jozef Huşbauer, 45+1; 54

Xal durumu: "Vilyarreal" - 11, "Slaviya" - 8, "Astana" - 7, "Makkabi" - 1.

B qrupu

00:05. "Partizan" (Serbiya) - "Yanq Boyz" (İsveçrə) - 2:1

Qollar: Leandre Tavamba, 12. Oqnyen Ojeqoviç, 53 - Nikolas Mumi Nqamalö, 25

00:05. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:2

Qollar: Sabien Lilay, 18. Sequn Adeniyi, 52. Ali Sou, 56 - Viktor Tsıqankov, 16. Nazariy Rusin, 90+1

Xal durumu: "Dinamo" - 10, "Partizan" - 8, "Skenderbeu" - 5, "Yanq Boyz" - 3.

C qrupu

00:05. "Braqa" (Portuqaliya) - "Hoffenhaym" (Almaniya) - 3:1

Qollar: Marselo Qoyano, 1. Franserjio, 81; 90+3 - Mark Ut, 74

Qırmızı vərəqə: Adam Salay, 90+7 ("Hoffenhaym")

00:05. "Lüdoqorets" (Bolqarıstan) - "Başakşehir" (Türkiyə) - 1:2

Qollar: Marselinyo, 65 - Edin Vişça, 20. Kerim Fray, 27

Xal durumu: "Braqa" - 10, "Lüdoqorets" - 8, "Başakşehir" - 5, "Hoffenhaym" - 4.

D qrupu

00:05. "Milan" (İtaliya) - "Austriya" (Avstriya) - 5:1

Qollar: Rikardo Rodriges, 27. Andre Silva, 36; 70. Patrik Kutron, 42; 90+3 - Kristof Monşayn, 21

00:05. AEK (Yunanıstan) - "Riyeka"(Xorvatiya) - 2:2

Qollar: Serxio Araujo, 45+2. Lazaros Xristodulopulos, 55 - Aleksander Qorqon, 8; 26

Xal durumu: "Milan" - 11, AEK - 7, "Austriya" - 4, "Riyeka" - 4.

E qrupu

00:05. "Everton" (İngiltərə) - "Atalanta" (İaliya) - 1:5

Qollar: Sandro Ramires, 71 - Brayan Kristante, 12; 64. Robin Qosens, 86. Andreas Kornelius, 88; 90+4

Yerinə yetirilməyən penalti: Alexandro Qomes, 48 ("Atalanta")

00:05. "Lion" (Fransa) - "Apollon" (Kipr) - 4:0

Qollar: Muktar Diaxabi, 29. Nabil Fekir, 32. Mariano Dias, 67. Mizyan Maolida, 90

Xal durumu: "Atalanta" - 11, "Lion" - 11, "Apollon" - 3, "Everton" - 1.

F qrupu

00:05. "Şerif" (Moldova) - "Zlin" (Çexiya) - 1:0

Qol: Jayro, 11

22:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Kopenhagen" (Danimarka) - 2:1

Qollar: Ceferson Farfan, 17; 51 - Benjamin Verbic, 31

Xal durumu: "Şerif" - 9, "Lokomotiv" - 8, "Kopenhagen" - 6, "Zlin" 2.

G qrupu

22:00. "Viktoriya" (Plzen, Çexiya) - "Styaua" (Rumıniya) - 2:0

Qollar: Milan Pertjela, 49. Yan Kopiç, 76

22:00. "Luqano" (İsveçrə) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:0

Qol: Karlinyos Junior, 50

Xal durumu: "Styaua" - 10, "Viktoriya" - 9, "Luqano - 6, "Hapoel" - 4.

H qrupu

22:00. BATE (Belarus) - "Srvena Zvezda" (Serbiya) - 0:0

22:00. "Köln" (Almaniya) - "Arsenal" (İngiltərə) - 1:0

Qol: Girassi Seru, 62-penalti ilə

Xal durumu: "Arsenal" - 10, "Köln" - 6, "Srvena Zvezda" - 6, BATE - 5.

I qrupu

22:00. "Zalsburq" (Avstriya) - "Gimaraynş" (Portuqaliya) - 3:0

Qollar: Munas Dabbur, 26. Andreas Ulmer, 45+1. Hi Çan Hanq, 67

22:00. "Konyaspor" (Türkiyə) - "Marsel" (Fransa) - 1:1

Qollar: Neyts Skubits, 82-penalti ilə - Vilfrid Moke, 90+3 - öz qapısına

Qırmızı vərəqə: Jordan Amavi, 80 ("Marsel")

Xal durumu: "Zalsburq" - 11, "Marsel" - 7, "Konyaspor" - 5. "Gimaraynş" - 4.

J qrupu

22:00. "Ostersun" (İsveç) - "Zarya" (Ukrayna) - 2:0

Qollar: Dmitri Qreçişkin, 40 - öz qapısına. Saman Qoddos, 77

22:00. "Atletik" (İspaniya) - "Herta" (Almaniya) - 3:2

Qollar: Arits Adurits, 35; 66 - hər ikisi penalti ilə. İnyaki Vilyams, 82 - Mattyö Leçki, 26. Davi Selke, 36

Xal durumu: "Ostersun" - 10, "Atletik" - 8, "Zarya" - 6, "Herta" - 4.

K qrupu

22:00. "Latsio" (İtaliya) - "Vitess" (Hollandiya) - 1:1

Qollar: Luis Alberto, 42 - Brayan Linssen, 13

22:00. "Nitsa" (Fransa) - "Zülte-Varegem" (Belçika) - 3:1

Qollar: Mario Balotelli, 5 - penalti ilə; 31. Adrian Tameze, 86 - Brayan Hamalaynen, 81

Xal durumu: "Latsio" - 13, "Nitsa" - 9, "Zülte-Varegem" - 4, "Vitess" - 2.

L qrupu

22:00. "Zenit" (Rusiya) - "Vardar" (Makedoniya) - 2:1

Qollar: Dmitri Poloz, 16. Emiliano Riqoni, 43 - Deyan Blajevski, 90+3

Yerinə yetirilməyən penalti: Artyom Dzyuba, 27

22:00. "Rusenborq" (Norveç) - "Real Sosyedad" (İspaniya) - 0:1

Qol: Mikel Oyarzabal, 90

Xal durumu: "Zenit" - 13, "Real Soseydad" - 12, "Rusenborq" - 4, "Vardar" - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi