Avropa kuboklarının final matçlarında yenilik tətbiq olunacaq

Avropa kuboklarının final matçlarında yenilik tətbiq olunacaq Qərarı UEFA İcraiyyə Komitəsi verib
Futbol
4 Mart , 2016 18:41
Avropa kuboklarının final matçlarında yenilik tətbiq olunacaq

Bakı. 4 mart. REPORT.AZ/ Bu mövsüm futbol üzrə Avropa kuboklarının final matçlarında qolun müəyyənləşdirilmə sistemindən istifadə olunacaq. "Report"un məlumatına görə, belə bir qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında çıxarılıb.

Yeni sistem həm Çempionlar Liqası, həm də Avropa Liqasının həlledici qarşılaşmalarına şamil ediləcək.

Qeyd edək ki, final oyunları müvafiq olaraq, İtaliyanın Milan və İsveçrənin Bazel şəhərlərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi