Yuxarı
    Bağlamaq

    Bakıda keçiriləcək Avropa çempionatının püşkatması üçün səbətlərin tərkibi açıqlanıb

    Final və yarımfinal oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək

    Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 8-də 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının püşkatma mərasimi baş tutacaq. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında keçiriləcək püşkatmanın səbətləri açıqlanıb.

    A səbətində Portuqaliya, Serbiya, Ukrayna, Almaniya, Danimarka, İtaliya və Fransa yer alıb. Belçika, İngiltərə, Avstriya, Hollandiya, Bosniya və Herseqovina, İsveç, Şotlandiya və İspaniya isə B səbətindədir. Püşkü UEFA-nın milli komandalar arasındakı yarışlar üzrə rəhbəri Lens Kelli və çempionatın səfiri, müğənni Röya Ayxan çəkəcək. 

    Azərbaycan və Bosniya və Herseqovina yığmaları ilk dəfədir ki, bu mərhələyə vəsiqə qazanır. Reqlamentə əsasən ev sahibi komanda 1-ci qrupun birincisi kimi mübarizəyə qoşulacaq.

    Qrup mərhələsinin oyunları 5-6, 8-9 və 11-12 mayda keçiriləcək. Komandalar Bakı Olimpiya Stadionu, "Azərsun Arena", "Bakcell Arena" və "Dalğa Arena"da üz-üzə gələcəklər. 14-15 mayda "Bakcell Arena" və "Dalğa Arena"da 1/4 final oyunları baş tutacaq. Yarımfinal görüşləri mayın 18-i, final isə ayın 21-i olacaq. Hər iki mərhələ qarşılaşmaları Bakı Olimpiya Stadionunda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi