Bakıdakı Avropa çempionatının son 1/4 finalçıları müəyyənləşəcək

Bakıdakı Avropa çempionatının son 1/4 finalçıları müəyyənləşəcək Görüşlər C və D qruplarında baş tutacaq
Futbol
12 May , 2016 10:11
Bakıdakı Avropa çempionatının son 1/4 finalçıları müəyyənləşəcək

Bakı. 12 may. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsinə bu gün yekun vurulacaq. "Report"un məlumatına görə, gün ərzində 4 qarşılaşma oynanılacaq.

Hazırda 4 xalla C qrupunun lideri olan Danimarka İngiltərəni sınağa çəkəcək. 1/4 finala yüksəlmək üçün Danimarkanı heç-heçə qane edirsə, İngiltərə mütləq qələbə qazanmalıdır. Oyun bərabərliklə başa çatacağı halda, qrupdan çıxmaq üçün İngiltərə yığması İsveç - Fransa maçtında ikincilərin qələbəsini arzulamalıdır. İsveçi isə heç-heçə sayəsində qazanılan bir xal növbəti mərhələyə çıxaracaq.

D qrupunda da mövqelər dəyişə bilər. İspaniya - İtaliya maçtında qalib komanda 1/4 finala vəsiqəni təmin edəcək. Amma İtaliyadan fərqli olaraq, İspaniyanı heç-heçə də qane edir. Qrupun digər oyununda Serbiya və Hollandiya yığmaları üz-üzə gələcək. Serbiyalılar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı və hazırkı lider İspaniyanın 3 xal qazanmasını gözləməlidir. Hollandiyaya nəinki qələbə, hətta heç-heçə də kifayət edir. Bir şərtlə ki, İtaliya bugünkü görüşdə xal itirməlidir.

Avropa çempionatı, III tur

C qrupu

19:00. İsveç – Fransa

Baş hakim: Bartosz Frankowski (Polşa)

Baş hakimin köməkçiləri: Balazs Buzas (Macarıstan) , Lazaros Dimitriadis (Yunanıstan)

Dördüncü hakim: Sergejus Slyva (Litva)

UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

"Azərsun Arena"

19:00. Danimarka – İngiltərə

Baş hakim: Peter Kraloviç (Slovakiya)

Baş hakimin köməkçiləri: Eduard Spiteri (Malta) , Emmet Dynan (İrlandiya)

Dördüncü hakim: Əliyar Ağayev

UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)

Hakim-inspektor: Mark Batta (Fransa)

Bakı Olimpiya Stadionu

C qrupu: Danimarka - 4, İsveç - 3, İngiltərə - 3, Fransa - 1.

D qrupu

14:00. İspaniya – İtaliya

Baş hakim: Petr Ardeleanu (Çexiya)

Baş hakimin köməkçiləri: Levan Varamishvili (Gürcüstan), Vasili Ermischin (Moldova)

Dördüncü hakim: Alain Durieux (Lüksemburq)

UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

"Azərsun Arena"

14:00. Serbiya – Hollandiya

Baş hakim: Gunnar Jarl Jónsson (İslandiya)

Baş hakimin köməkçiləri: Alain Heiniger (İsveçrə) , Andreu Kristiansen (Farer adaları)

Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)

UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

D qrupu: İspaniya - 4, Hollandiya - 3, İtaliya - 3, Serbiya - 1.

Bakı Olimpiya Stadionu

Qeyd edək ki, A qrupunda Portuqaliya və Belçika, B qrupunda isə Almaniya və Avstriya yığmaları 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə Portuqaliya - Avstriya, Almaniya - Belçika görüşlərinin keçiriləcəyi dəqiqləşib. Daha 2 cütün tərkibi bugünkü qarşılaşmalardan sonra müəyyənləşəcək. Oyunlar 14-15 mayda "Dalğa Arena"da və "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi