Yuxarı

​Avroliqada play-off həyəcanı başlayır

Türkiyənin Trabzonspor klubu doğma azarkeşlər önündə İtaliya Napolisini qəbul edəcək

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gecə UEFA Avropa Liqasının 1/16 mərhələsinin oyunları keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar iki fərqli saatda keçiriləcək.

Bakı vaxtilə saat 22:00-da 8 qarşılaşma baş tutacaq. Türkiyənin "Trabzonspor" klubu doğma azarkeşlər önündə İtaliya "Napoli"sini qəbul edəcək. "Hüseyn Avni Aker" stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı Manuel de Souza idarə edəcək.

Azərbaycan təmsilçisi "Qarabağ"ın yer aldığı F qrupundan növbəti mərhələyə vəsiqə qazanan "Dnepr" Ukraynada Yunanıstanın "Olimpiakos" klubu ilə qüvvəsini sınayacaq. Kiyevdə yerləşən Olimpiya stadionunda baş tutacaq görüşün ədalət təmsilçisi avstriyalı Robert Şerqenxofer olacaq.

Bu görüşlərlə eyni saatda PSV - "Zenit" matçı start götürəcək. Baş hakim Paolo Talyaventonun fit çalacağı oyun Eyndhovendə yerləşən "Filips" stadionunda keçiriləcək.

Gecənin digər oyun saatında "Liverpul" və "Beşiktaş" qarşılaşması start götürəcək. C qrupunun ikincisi olan İstanbul klubu ilə Avropaliqaya Çempionlar Liqasından vəsiqə qazanan İngiltərə təmsilçisi arasındakı görüş Liverpulda yerləşən "Enfild" stadionunda baş tutacaq. Matçı polşalı Şimon Marçinyak idarə edəcək.

Avropa Liqası, 1/16 final

22:00 PSV (Hollandiya) – “Zenit” (Rusiya)

22:00 “Roma” (İtaliya) - “Feyenoord” (Hollandiya)

22:00 "Volfsburq" (Almaniya) – “Sportinq” (Portuqaliya)

22:00 “Dnepr” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan)

22:00 “Trabzonspor” (Türkiyə) – “Napoli” (İtaliya)

22:00 "Yanq Boyz" (İsveçrə) – “Everton” (İngiltərə)

22:00 “Torino” (İtaliya) – “Atletik” (İspaniya)

22:00 "Olborq" (Danimarka) - “Brügge” (Belçika)

00:05 “Anderlext” (Belçika) – “Dinamo” (Moskva, Rusiya)

00:05 “Vilyarreal” (İspaniya) - "Zalsburq" (Avstriya)

00:05 “Tottenhem” (İngiltərə) – “Fiorentina” (İtaliya)

00:05 “Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə)

00:05 "Qenqam" (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna)

00:05 “Sevilya” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya)

00:05 “Seltik” (Şotlandiya) - “İnter” (İtaliya)

00:05 “Ayaks” (Hollandiya) – “Legiya” (Polşa)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi