Yuxarı

AVRO-2020-yə daha 2 vəsiqənin sahibi müəyyənləşib, İtaliya Ermənistanı biabırçı hesabla məğlub edib

AVRO-2020-yə daha 2 vəsiqənin sahibi müəyyənləşib, İtaliya Ermənistanı

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, turun ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunub.

Əsas diqqətlər D qrupundakı qarşılaşmalara yönəlib. İrlandiya evdə Danimarka ilə heç-heçə edərək, AVRO-2020-dən kənarda qalıb. Əvəzində səfərdə Cəbəllütariqi darmadağın edən İsveçrə qrup lideri kimi mərhələ adlayıb. İkinci yerin sahibi kimi bu vəsiqəyə isə Danimarka sahib çıxıb.

F qrupunda artıq AVRO-2020-ni təmin etmələrinə baxmayaraq, İspaniya Rumıniyanı, İsveç isə Farer adalarını darmadağın edib. Norveç isə Malta üzərində səfər qələbəsi sayəsində qrupu 3-cü pillədə başa vurub.

J qrupunda İtaliya 9:1 hesablı qələbə ilə Ermənistanı rəzil duruma salıb. Bununla da Roberto Mançininin baş məşqçi olduğu kollektiv qrupu maksimum - 30 xalla başa vurub. Ermənistan isə qrupun digər oyununda Bosniya və Herseqovinanın səfərdə Lixtenşteyni böyük hesabla məğlub etməsi səbəbindən 5-ci pilləyə enib. Yunanıstan artıq qrupda 2-ci yeri təmin etmiş Finlandiyanı yenərək, 3-cü olub.

AVRO-2020

Seçmə mərhələ, X tur

18 noyabr

D qrupu

23:45. Cəbəllütariq - İsveçrə - 1:6

Qollar: Stayç Ris, 74 - Sedrik İtten, 10; 84. Ruben Varqas, 50. Kristian Fassnaxt, 57. Loris Benito, 75. Qranit Caka, 86

23:45. İrlandiya - Danimarka - 1:1

Qollar: Mett Doherti, 85 - Martin Braytvayt, 73

Xal durumu: İsveçrə - 17 xal (8 oyuna), Danimarka - 16 (8), İrlandiya – 13 (8), Gürcüstan – 8 (8), Cəbəllütariq – 0 (8).

F qrupu

23:45. Malta - Norveç - 1:2

Qollar: Pol Feneç, 40 - Coşua Kinq, 7. Aleksander Sörlot, 62

İstifadə olunmamış penalti: Coşua Kinq, 67 (Norveç)

23:45. İspaniya - Rumıniya - 5:0

Qollar: Fabian Ruis, 8. Xerard Moreno, 33; 43. Adrian Rus, 45+1. Mikel Oyarzabal, 90+2

23:45. İsveç - Farer adaları - 3:0

Qollar: Sebastyan Andersson, 29. Mattias Svanberq, 72. Con Qvidetti, 80

Xal durumu: İspaniya – 26 xal (10 oyuna), İsveç - 21 (10), Norveç - 17 (10), Rumıniya – 14 (10), Farer adaları - 3 (10), Malta - 3 (10).

J qrupu

23:45. Yunanıstan - Finlandiya - 2:1

Qollar: Petros Mantalos, 47. Kostas Qalanopulos, 70 - Teemu Pukki, 27

23:45. İtaliya - Ermənistan - 9:1

Qollar: Çiro İmmobile, 8; 33. Nikolo Zanyolo, 9; 64. Nikolo Barella, 29. Alessio Romanyoli, 72. Jorjinyo, 75 (pen.). Rikkardo Orsolini, 78. Federiko Kyeza, 81 - Edqar Babayan, 79

23:45. Lixtenşteyn - Bosniya və Herseqovina - 0:3

Qollar: Eldar Çiviç, 57. Armin Hociç, 64; 62

Xal durumu: İtaliya – 30 xal (10 oyuna), Finlandiya – 18 (10), Yunanıstan – 14 (10), Bosniya və Herseqovina – 13 (10), Ermənistan - 10 (10), Lixtenşteyn – 2 (10).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi