AVRO-2020: UEFA püşkatma üçün səbətlərin tərkibini açıqlayıb

AVRO-2020: UEFA püşkatma üçün səbətlərin tərkibini açıqlayıb UEFA Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək 2020-ci il Avropa çempionatının püşkatma mərhələsi üçün səbətlərin tərkibini açıqlayıb.
Futbol
20 Noyabr , 2019 17:52
AVRO-2020: UEFA püşkatma üçün səbətlərin tərkibini açıqlayıb

UEFA Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək 2020-ci il Avropa çempionatının püşkatma mərhələsi üçün səbətlərin tərkibini açıqlayıb.

"Report" xəbər verir ki, 24 komanda 4 səbətə bölünüb. Onlardan 20-si hələlik məlumdursa, 4-ü Millətlər Liqasının "pley-off" mərhələsinin qalibləri olacaq.

1-ci səbət: Belçika, İtaliya (təşkilatçı), İngiltərə (təşkilatçı), Almaniya (təşkilatçı), İspaniya (təşkilatçı), Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland (təşkilatçı), Rusiya (təşkilatçı)

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka (təşkilatçı), Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, A Yolunda "pley-off"un qalibi, B Yolunda "pley-off"un qalibi, C Yolunda "pley-off"un qalibi, D Yolunda "pley-off"un qalibi

Bölgü Avropa yığmalarının ümumi reytinqi əsasında aparılıb.

Qeyd edək ki, püşkatma mərasimi noyabrın 30-da olacaq. 

Son xəbərlər

Orphus sistemi