AVRO-2020 üçün könüllülük proqramına qeydiyyat başlanıb

AVRO-2020 üçün könüllülük proqramına qeydiyyat başlanıb AFFA AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları zamanı könüllülərin xidmətindən yararlanacaq.
Futbol
11 İyun , 2019 18:04
AVRO-2020 üçün könüllülük proqramına qeydiyyat başlanıb

AFFA AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları zamanı könüllülərin xidmətindən yararlanacaq.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar AVRO-2020 Könüllülər Mərkəzində Avropa Çempionatının Bakı şəhəri üzrə Könüllülər proqramının təqdimatı keçirilib.

Təqdimatda Könüllülər Proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, könüllü cəlb olunması prosesi iyunun 11-dən noyabrın 30-dək müddəti əhatə edəcək. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs euro2020.affa.az linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin sentyabrında müsahibəyə dəvət ediləcək.

Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakıda AVRO-2020-nin 3 qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də 1/4 final mərhələsi qarşılaşması (4 iyul) təşkil olunacaq. AFFA bu görüşlərin təşkilati və UEFA ilə əlaqələndirmə işlərində məsuldur. 

Son xəbərlər

Orphus sistemi