UEFA Apellyasiya Komitəsi Macarıstan Futbol Federasiyasının AVRO-2020-nin seçmə mərhələsində bu ölkənin yığma komandası ilə Azərbaycan millisi arasında oyunun azarkeşsiz keçirilməsi ilə bağlı qərardan şikayətini təmin etməyib.
“Report” xəbər verir ki, qurum UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.
Macarıstan yığması azarkeşlərinin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbi ilə sanksiya ilə üzləşib. Qərarə əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidir.
“Qroupama Arena”da baş tutacaq görüşü yalnız 14 yaşlı uşaqların tribunadan izləmələrinə icazə verilir.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.