Yuxarı

AVRO-2016-nın seçmə qrup mərhələsinin bombardirləri müəyyənləşib

Levandovski Nazarovdan 10 top çox vurub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Polşa milli komandasının futbolçusu Robert Levandovski AVRO-2016-nın seçmə qrup mərhələsinin bombardiri olub. "Report"un məlumatına görə, 27 yaşlı hücumçu 10 oyuna 13 qol vurub.

Bununla da Levandovski Şimali İrlandiyadan olan Devid Hilinin AVRO-2008-in seçmə tsiklindəki rekordunu təkrarlayıb. 9 qarşılaşmada 9 dəfə fərqlənmiş Almaniya millisinin forvardı Tomas Müller ikinci, 8 matçda 8 top müəllifi olmuş Rusiya yığmasının ön xətt oyunçusu Artyom Dzyuba və İsveç millisindən Zlatan İbrahimoviç qərarlaşıb.

Azərbaycan milli komandasının bombardiri isə Dmitri Nazarov olub. Almaniya "Karlsrue"sində çıxış edən yarımmüdafiəçi 3 qol vurub. Digər orta xətt oyunçusu Rahid Əmirquliyev 2, hazırda həbsdə olan Cavid Hüseynov isə 1 qol vurub. Millinin aktivinə daha bir qolu isə İtaliya millisinin müdafiəçisi Corco Kyellini avtoqolla yazıb.

Azərbaycan yığması da avtoqolsuz ötüşməyib. Kapitan Rəşad Sadıqov Xorvatiyaya 0:6 hesablı məğlubiyyətlə nəticələnən səfər matçında öz qapısına qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi