Bu gün ​AVRO-2016-nın seçmə mərhələsinin daha 9 oyunu keçiriləcək

Bu gün ​AVRO-2016-nın seçmə mərhələsinin daha 9 oyunu keçiriləcək Turun son oyun günündə final mərhələsinə növbəti vəsiqələr qazanıla bilər
Futbol
8 Sentyabr , 2015 11:10
Bu gün ​AVRO-2016-nın seçmə mərhələsinin daha 9 oyunu keçiriləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində VIII tura yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyun günündə 3 qrupda 9 oyun keçiriləcək.

G qrupunda yer alan Rusiya yığması səfərdə Lixtenşteynlə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda 11 xalla qrup 3-cüsü olan Rusiya qələbə sayəsində İsveç və Avstriya milliləri arasında keçiriləcək qrupun digər qarşılaşmasının nəticəsindən asılı olaraq, 2-ci pilləyə yüksələ bilər. Bunun üçün qonaqlar da qalib gəlməlidirlər.

E qrupunda İngiltərə İsveçrəni, Litva San-Marinonu, Sloveniya isə Estoniyanı qəbul edəcək. Artıq qrup mərhələsi San-Marino üçün heç bir əhəmiyyət daşımasa da, İngiltərə yığması növbəti mərhələyə vəsiqəni təmin edib. Qrupun prinsipial qarşılaşması Sloveniya və Estoniya milliləri arasında keçiriləcək. Bu oyunda qalib tərəf 3-cü yerin sahibi kimi "pley-off"da iştirak baxımından, böyük üstünlük əldə edəcək. Heç-heçə isə bu pillənin hazırkı sahibi Estoniyaya sərf edir.

C qrupunda ən azı "pley-off" mərhələ iştirakçıları müəyyənləşsə də, seçmə mərhələni ilk 2 pillədə məhz hansı komandaların tutacağı naməlum olaraq qalır. Hazırda qrup lideri olan İspaniya autsayder Makedoniya ilə qarşılaşacaq. İlk pilləni qorumaq üçün son Avropa çempionları mütləq qələbə qazanmalıdırlar. Qrupun ən çox maraq kəsb edən oyunu Slovakiya və Ukrayna yığmaları arasında olacaq. Meydan sahibləri qalib gəlsə, final mərhələsinə birbaşa vəsiqəni böyük ölçüdə təmin edəcək.

AVRO-2016

Seçmə qrup mərhələsi, VIII tur

C qrupu

23:45. Belarus - Luksemburq

Baş hakim: Slavko Vinçiç, (Sloveniya)

Borisov. "Borisov Arena"

23:45. Makedoniya - İspaniya

Baş hakim: Paolo Talyavento (İtaliya)

Skopye. II Filipp Makedonski stadionu

23:45. Slovakiya - Ukrayna

Baş hakim: Martin Atkinson (İngiltərə)

Jilina. Jilina stadionu

Xal durumu: İspaniya - 18, Slovakiya - 18, Ukrayna - 15, Belarus - 4, Luksemburq - 4, Makedoniya - 3.

E qrupu

23:45. Sloveniya - Estoniya

Baş hakim: Таsоs Sidiropulos (Yunanıstan)

Maribor. "Lyudski" stadionu

23:45. Litva - San Marino

Baş hakim: Kleyton Pizani (Маlta)

Vilnüs. FFL stadionu

23:45. İngiltərə - İsveçrə

Baş hakim: Canluka Rokki (İtaliya)

London. "Uembli" stadionu

Xal durumu: İngiltərə - 21, İsveçrə - 15, Estoniya - 10, Sloveniya - 9, Litva - 6, San Marino 1.

G qrupu

23:45. Lixtenşteyn - Rusiya

Baş hakim: Bobbi Madden (Şotlandiya)

Vaduts. Raynpark stadionu

23:45. İsveç - Avstriya

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

Solna. "Frends Аrеnа"

23:45. Moldova - Montoneqro

Baş hakim: Sebastyen Delferye (Belçika)

Kişinyov. "Zimbru" stadionu

Xal durumu: Avstriya - 19, İsveç - 12, Rusiya - 11, Montoneqro - 8, Lixtenşteyn - 5, Moldova - 2.

Son xəbərlər

Orphus sistemi