Yuxarı
    Bağlamaq

    "Metallurq"un futbolçusu P​avel Paşayev Azərbaycan millisində debütündən narazı qalıb

    Bundan da yaxşı çıxış edə bilərdim

    Bakı. 18 noyabr. REPORT.AZ/ "Moldovaya qarşı yaxşı oynadıq. İli qələbə ilə başa vurmağımız da yaxşı haldır. Hamı bu qələbəyə sevinir, yüksək əhval-ruhiyyədədirlər".

    "Report"un məlumatına görə, bunu Azərbaycan millisinin heyətində debüt edən Ukraynanın "Metallurq" (Zaporojye) klubunun futbolçusu Pavel Paşayev 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.

    27 yaşlı müdafiəçi yığmadakı ilk matçından razı qalmadığını bildirib: "Vətənimdə debütüm istədiyim kimi alınmadı. Bundan da yaxşı çıxış edə bilərdim. Yəqin ki, oyun praktikamın azlığı sözünü dedi. Oyunumla baş məşqçini nə dərəcədə inandırdığımı deyə bilmərəm. Özü ilə söhbət etməmişəm. Qərarı o, verməlidir".

    Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş qarşılaşmada Pavel Paşayev start heyətində meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi