"Atletiko"nun futbolçusu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib

"Atletiko"nun futbolçusu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib Koke klub tarixinin ən erkən qoluna imza atıb
Futbol
6 Aprel , 2018 18:57
Atletikonun futbolçusu Qarabağla bağlı rekordu yeniləyə bilməyib

Bakı. 6 aprel. REPORT.AZ/ İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Koke klub tarixinin ən erkən qoluna imza atıb.

"Report"un məlumatına görə, bu, Portuqaliya "Sportinq"i ilə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. 

İspaniyalı yarımmüdafiəçi görüşün 22-ci saniyəsində fərqlənib. Lakin 26 yaşlı futbolçu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib. 

Avropa Liqasının ən erkən qolu 2016-2017-ci il mövsümündə qeydə alınıb. J qrupunda keçirilən "Qarabağ" - "Slovan" (2:2) matçında Çexiya təmsilçisinin futbolçusu Yan Sikora qarşılaşmanın 10-cu saniyəsində fərqlənib. 

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında "Atletiko" "Sportinq"i 2:0 hesabı ilə məğlub edib.   

Son xəbərlər

Orphus sistemi