"Atletiko Madrid" klubunun baş məşqçisi 3 oyunluq cəzalandırılıb

"Atletiko Madrid" klubunun baş məşqçisi 3 oyunluq cəzalandırılıb Hakim "Sevilya" ilə matç zamanı Simeoneni tribunaya göndərib
Futbol
26 Yanvar , 2018 21:59
Atletiko Madrid klubunun baş məşqçisi 3 oyunluq cəzalandırılıb
Dieqo Simeone

Bakı. 26 yanvar. REPORT.AZ/ "Atletiko Madrid" klubunun baş məşqçisi Diyeqo Simeone İspaniya Kubokunun ¼ finalı çərçivəsində "Sevilya" ilə keçirilən cavab görüşünün (1:3) yekunu üzrə 3 oyunluq cəzalandırılıb.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, hakim Xuan Munuera matç zamanı Simeoneni tribunaya göndərib.

Madrid komandasının baş məşqçisi buna görə 1 oyunluq cəza alıb. Bundan əlavə, argentinalı mütəxəssis hakimi istehza ilə alqışladığına görə daha 2 oyun buraxmalı olacaq.

Cəza yalnız İspaniya Kuboku matçlarında qüvvədə olacaq. "Atletiko" turnirdə çıxışını başa vurduğu üçün isə baş məşqçi cəzasını gələn mövsüm çəkəcək.

Son xəbərlər

Orphus sistemi