"Atletiko" klubunda futbolçu ilə rəhbərlik arasında növbəti münaqişə baş verib

"Atletiko" klubunda futbolçu ilə rəhbərlik arasında növbəti münaqişə baş verib Yannik Karraskoya müalicəsini evində davam etdirməsinə icazə verilməyib
Futbol
3 Noyabr , 2017 09:36
Atletiko klubunda futbolçu ilə rəhbərlik arasında növbəti münaqişə baş verib

Bakı. 3 noyabr. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubunda futbolçu Yannik Karrasko ilə bağlı növbəti münaqişə baş verib. 

"Report"un As nəşrinə istinadən məlumatına görə, buna belçikalı yarımmüdafiəçinin sol dizindəki zədəni evində müalicə etdirməsinə klub rəhbərliyinin icazə verməməsi səbəb olub.

24 yaşlı oyunçu zədə üzündən son 4 oyunda meydana çıxa bilməyib. O, sonuncu dəfə oktyabrın 18-də Bakıda "Qarabağ"a qarşı keçirdikləri Çempionlar Liqasının III tur matçında forma geyinib. Həmin vaxt əvəzlənərkən, meydanı ləng tərk etməsinin baş məşqçi Dieqo Simeonenin narazılığına səbəb olduğu və futbolçunun iradlarla üzləşdiyi bildirilib. Bu dəfə isə Karraskodan zədəsini Belçikada deyil, elə klubun bazasında müalicə etdirməsi tələb olunub. Yarımmüdafiəçi bunu özünə qarşı qərəz hesab edib.

Qeyd edək ki, Yannik Karrasko yayda İngiltərənin "Çelsi" klubunun maraq dairəsində olub. Lakin "Atletiko"da yeni oyunçu transferinə qadağa qoyulduğu nəzərə alınaraq, belçikalı futbolçunun satılmasına icazə verilməyib. İspaniya komandası "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi