​"Atletiko" futbol klubunun məşhur oyunçuları Bakıya gələcək

​"Atletiko" futbol klubunun məşhur oyunçuları Bakıya gələcək "Bakı" nəzdində yaradılacaq 8 yaşdan yuxarı uşaqlar üçün pullu qruplardan seçiləcək futbolçular "Lans" və ya "Atletiko"ya göndəriləcəklər
Futbol
22 İyul , 2015 13:05
​Atletiko futbol klubunun məşhur oyunçuları Bakıya gələcək

Bakı. 22 iyul. REPORT.AZ/ "Bakı" futbol komandasının sabiq baş məşqçisi Milinko Pantiç yenidən Azərbaycana gələcək. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə klubun icraçı direktoru Yaşar Seyidov açıqlama verib.

Onun sözlərinə görə, serbiyalı mütəxəssis İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları arasında əlaqələndirici rolunu oynayacaq. "Bakı" nəzdində yaradılacaq 8 yaşdan yuxarı uşaqlar üçün pullu qruplardan seçiləcək futbolçular "Lans" və ya "Atletiko"ya göndəriləcəklər.

Eyni zamanda bu iki klubun dünya ulduzları Bakıya gələrək, uşaqların məşqlərini izləyəcəklər.

Son xəbərlər

Orphus sistemi