Asim Xudiyev: "Frits Stuxlik ilk görüşdən mənə pozitiv, işgüzar insan təsiri bağışlayıb"

Asim Xudiyev: "Frits Stuxlik ilk görüşdən mənə pozitiv, işgüzar insan təsiri bağışlayıb" Bakı. 17 sentyabr. REPORT.AZ/ İnanmıram ki, Frits Stuxlikin Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olunması bizim təyinatlarımıza təsir etsin. Düşünürəm ki, bu, mənim özümlə bağlı olan məsələdir.
Futbol
17 Sentyabr , 2018 15:44
Asim Xudiyev: Frits Stuxlik ilk görüşdən mənə pozitiv, işgüzar insan təsiri bağışlayıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ "İnanmıram ki, Frits Stuxlikin Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olunması bizim təyinatlarımıza təsir etsin. Düşünürəm ki, bu, mənim özümlə bağlı olan məsələdir".

Bunu "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Frits Ştuxlik barədə danışarkən deyib.

Xudiyev təyinat və struktur dəyişikliyi ilə bağlı da fikirlərini bölüşüb: "Artıq konvensiyaya uyğun olaraq iki komitə birləşib. Avropanın bir neçə ölkəsində bu təcrübədən istifadə olunur. Yeni sədr AFFA tərəfindən təyin olunub. Ona öz fəaliyyətində uğurlar arzu edirəm".

Beynəlxalq dərəcəli hakim-inspektoru F.Ştuxliklə daha öncə görüşdüyünü bildirib: "Biz təyinatdan əvvəl UEFA tərəfindən inspektorlar üçün təşkil olunan bir neçə seminarda görüşmüşük. O, mənə ilk görüşdən pozitiv, işgüzar insan təsiri bağışlayıb".

A.Xudiyev azərbaycanlı FİFA referisi Əliyar Ağayevin I dərəcəyə yüksəlməsinin ölkə futbolu və onun özü üçün sevindirici hal olduğunu vurğulayıb: "Hesab edirəm ki, I qrupa daxil olan hakimlər daha məsul oyunlara – Çempionlar Liqası, Avropa Liqası və Millətlər Liqasının əsas oyunlarına təyinat alacaqlar. Eyni zamanda milli komandaların oyunlarına da təyinat almalarını gözləyirəm". 

FİFA hakim-inspektoru özü üçün də yeni təyinat gözlədiyini deyib: "Mənim sonuncu təyinatım “Astana” – “Apoel” oyununa idi. Ondan sonra hələ ki heç bir məlumat yoxdur. Mən də Avropa futbol qurumundan yeni təyinat gözləyirəm".

Son xəbərlər

Orphus sistemi